Qlobal borc 318 trilyon dollara çataraq rekord qırıb
Qlobal borc keçən il təxminən 7 trilyon dollar artaraq 318 trilyon dollara çatıb ki, bu da yeni rekorddur.Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.
Marja.az xəbər verir ki, hesabata görə, qlobal borc məbləği 2024-cü ildə təxminən 7 trilyon dollar artaraq 318 trilyon dollara çataraq, rekord qırıb. Lakin bu artım məbləği, 2023-cü ildəki 16 trilyon dollarlıq artımdan aşağıdır.
Qlobal borclanmanın yavaşlaması, ABŞ-ın ticarət və immiqrasiya siyasətlərinin inflyasiyaya təsiri ilə bağlı narahatlıqlar ilə əlaqədar olaraq FED-in faiz endirimləri ilə bağlı bazar gözləntilərinin azalması ilə, əhəmiyyətli dərəcədə artan qeyri-müəyyənlik də nəzərə alınmaqla ehtiyatlı mövqe kimi qəbul edilir.
Xüsusilə, 2024-cü ilin dördüncü rübündə borc səviyyələrində əhəmiyyətli bir azalma müşahidə edilb.
Ötən il qlobal borc artımının təxminən 65 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb.
Keçən il inkişaf etmiş iqtisadiyyatların ümumi borcu 214,3 trilyon dollar məbləğində hesablandığı halda, inkişaf etməkdə olan ölkələrdə borc 103,7 trilyon dollar səviyyəsində qeydə alınıb.
Borcların bölgüsünə baxıldığında, 2024-cü ilin sonuna qədər ev təsərrüfatlarının borcu 60,1 trilyon dollara, qeyri-maliyyə şirkətlərinə borc 91,3 trilyon dollara, dövlət borcu 95,3 trilyon dollara, banklar kimi maliyyə şirkətlərinə borc isə 71,4 trilyon dollara yüksəlib.
Qlobal borcun ÜDM-ə nisbəti 2024-cü ildə 1,5 faiz bəndindən çox artaraq 328 faizə çatıb. Bu, pandemiyanın qlobal borcun ÜDM-ə nisbətində 35 faiz bəndindən çox artıma səbəb olduğu 2020-ci ildən bəri ilk illik artımdır.
2025-ci ilin birinci yarısında qlobal borcun artımında daha da yavaşlama gözlənilir. Qlobal iqtisadi siyasətin qeyri-müəyyən və borclanma xərclərinin hələ də yüksək olması səbəblərindən borcalanlar daha ehtiyatlı mövqe tutublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























