Avropa Mərkəzi Bankı tarixinin ən böyük zərərini açıqlayıb
Ötən il Avropa Mərkəzi Bankı (AMB) sərt pul siyasətinin təsiri ilə tarixinin ən böyük zərərini edib. Bank ötən il 7,94 milyard avro itirib ki, bu da bankın yüksək faiz xərcləri səbəbindən 25 illik tarixində ən yüksək zərəri olub.Avropa Mərkəzi Bankı (AMB, ECB) 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, bank ötən il faiz siyasətinə görə 7,94 milyard avro itirib. Bu həm də yüksək faiz xərcləri səbəbindən bankın 25 illik tarixində ən yüksək zərəri kimi qeydə alınıb.
ECB, 2023-cü ildə 6,62 milyard avro dəyərində maliyyə riskləri üçün ehtiyat ayırdıqdan sonra 1,27 milyard avro zərər açıqlamışdı.
ECB 2004-cü ildən bəri ilk dəfə 2023-cü ildə zərər etdiyini bildirib. Bank 2004-cü ildə avronun sürətlə bahalaşması nəticəsində yaranan məzənnə itkiləri səbəbindən 1,63 milyard avro zərər görmüşdü.
ECB, itkilərin uzun illər ərzində əldə edilən əhəmiyyətli mənfəətdən sonra baş verdiyini bildirərək, əlavə edib:
“İtkilər Avrosistemin qiymət sabitliyini qorumaq kimi əsas vəzifəsini yerinə yetirmək üçün zəruri olan siyasət tədbirlərinin nəticəsidir. Bu siyasətlər ECB-dən əsasən sabit faizli və uzunmüddətli maliyyə aktivləri almaqla balansını genişləndirməyi tələb edirdi. İstənilən halda, ECB effektiv fəaliyyət göstərə və hər hansı itkilərdən asılı olmayaraq qiymət sabitliyini qorumaq kimi əsas vəzifəsini yerinə yetirə bilər".
Yüksək faiz dərəcələri də keçən il ECB-nin xalis faiz xərclərinin daha yüksək olmasına səbəb olub. 2023-cü ildə 7,19 milyard avro olan xalis faiz xərcləri keçən il 6,98 milyard avro təşkil edib.
Balans itkilərinin əsas səbəbi avrozonada yüksək inflyasiya ilə mübarizə aparan ECB-nin 2022 və 2023-cü illərdəki aqressiv faiz artımları olub.
10 faizi keçən inflyasiya ilə mübarizədə ECB 2023-cü ilin sentyabr ayına qədər faiz dərəcələrini 10 dəfə artırmışdı. ECB daha sonra 2024-cü ilin iyul ayında inflyasiyanın aşağı düşməsi səbəbindən pul siyasətinin yumşaldılması prosesinə başlayıb və 2024-cü ilin sonuna qədər faiz dərəcələrini dörd dəfə aşağı salıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























