“Azərbaycan Dəmir Yolları”da yeni təyinatlar olub
Nicat Quliyev ADY sədrinin müşaviri, Türkan Yusibova Hüquq departamentinin rəhbəri və Əsəd Məmmədov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsinə təyin ediliblər.“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinatlar həyata keçirilib.
ADY-dən Marja.az-a verilən məlumata görə, Hüquq departamentinin müdiri Nicat Quliyev ADY sədrinin müşaviri təyin olunub.
Nicat Quliyev 1985-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və magistratura pillələrini bitirib.
2009-cu ildən 2015-ci ilə qədər SOCAR və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016-2025-ci illərdə Hüquq departamentinin müdiri olub.

Fotoda Nicat Quliyev
ADY-nin Hüquq departamentinin rəhbəri vəzifəsi isə bu departamentin müdir müavini Türkan Yusibovaya həvalə edilib.
Türkan Yusibova 1988-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin “Kommersiya hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Peşəkar fəaliyyətə 2011-ci ildə beynəlxalq hüquq şirkətlərindən birində başlayıb. 2018-ci ildən ADY-də çalışan Türkan Yusibova 2023-cü ildən Hüquq departamentinin müdir müavini vəzifəsində işləyib.
Beynəlxalq “Layihə menecmenti peşəkarı” (PMP) və “Proqram menecmenti peşəkarı” (PgMP) sertifikatlarına sahibdir.
“Yüksəliş” müsabiqəsinin yarımfinalçısıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Fotoda Türkan Yusibova
Bundan başqa, ADY-də yeni yaradılmış Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin rəhbəri vəzifəsi Əsəd Məmmədova həvalə edilib.
Əsəd Məmmədov 1984-cü ildə anadan olub. Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat və iqtisadi kibernetika” ixtisası üzrə bakalavriat pilləsini bitirib. Hazırda Böyük Britaniyanın York Universitetində “Executive MBA” proqramı üzrə təhsilini davam etdirən Əsəd Məmmədov karyerası dövründə menecment üzrə “Lean Six Sigma White Belt”, maliyyə modelləşdirilməsi üzrə “Financial Modeling & Valuation Analyst” (FMVA) və təhlükəsizlik standartı üzrə “Functional Safety Engineer” (FSEr) sertifikatlarını alıb.
Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, bank sektorunda risklərin idarə olunması və müştəri xidmətləri sahələrində rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildən ADY-də çalışır. 2023-cü ildən Hərəkətin təhlükəsizliyi departamentinin müdir müavini vəzifəsində işləyib.
Fotoda Əsəd Məmmədov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"


















