100 ən böyük vergi ödəyicisi siyahısında BOKT-lardan yalnız "Azpul" şirkətinin adı var
Xəbər verdiyimiz kimi, Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin (büdcə təşkilatları istisna olmaqla) adlarını açıqlayıb.
Marja.az Siyahıya istinadən xəbər verir ki, Siyahıda yer alan yeganə bank olmayan kredit təşkilatı (BOKT) "Azpul" MMC-dir. Bank Olmayan Kredit Təşkilatı "Azpul" MMC 2024-cü ildə dövlət büdcəsinə 18,8 milyon manat vergi ödəyib. Kredit təşkilatı siyahıda 65-ci yeri tutub.
Siyahıda 22-bankdan 9 bankın adı göstərilib. "Kapital Bank" 170,6 milyon manat vergi məbləğilə 9-cu, Azərbaycan Beynəlxalq Bankı (ABB) 131,4 milyon manat vergi məbləği ilə 11-ci, "PAŞA Bank" 105,7 milyon manat vergi məbləği ilə 13-cü, "Unibank" 34,6 milyon manat vergi məbləğilə 35-ci, "Bank Respublika" 28,9 milyon manat vergi məbləği ilə 46-cı, "AccessBank" 14,9 milyon manat vergi məbləğilə 73-cü, "Rabitəbank" 14 milyon manat vergi məbləğilə 82-ci, "Azər-Türk Bank" 12,1 milyon manat vergi məbləğilə 89-cu, və "Bank of Baku" 11,6 milyon manat vergi məbləğilə 96-cı yeri tutub.
Qeyd edək ki, BOKT "Azpul" MMC "Azpulmat" tətbiqi vasitəsilə mikrokreditlər təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























