Bank sədri: Qeyri-neft sektoru üzrə vergi rekordçusuyuq
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusudur.
Marja xəbər verir ki, bu barədə "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov bildirib.
"Bu gün “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda Kapital Bank olaraq “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” sertifikatı ilə təltif olunduq.
Bu, həm də illərdir ölkəmizin maliyyə sektoruna və şəffaf vergi siyasətinə verdiyimiz töhfənin təsdiqidir",-Fərid Hüseynov qeyd edin.
O əlavə edib ki, Kapital Bank iqtisadiyyatın dayanıqlı inkişafına dəstək olmağa və maliyyə ekosistemini daha da möhkəmləndirməyə davam edəcəkdir.
Qeyd edək ki, 2024-cü ildə "Kapital Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 1 milyard 474 milyon 909 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 54 milyon 481 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 420 milyon 427 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 159 milyon 119 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Eyni zamanda, qalan mənfəət vergisindən əvvəlki 261 milyon 307 min manat mənfəətindən 75 milyon 806 min manat mənfəət vergisi ödəyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























