"Adi təmizlik bezləri üçün də sertifikat tələb olunur"
Ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, neft-qaz, sənaye və inşaat sahələrində aparılan işlərin də beynəlxalq standartlara uyğun həyata keçirilməsilə nəticələnmişdir. Qeyd olunan standartlar bu sahələrdə tələb olunan bütün mal-material və avadanlıqlara da tətbiq edilir.
TƏLƏBLƏRİN 70 FAİZİNDƏ SERTİFİKATLI MALLAR İSTƏNİLİR
“Universal Pro” MMC-dən “Marja”ya məlumata əsasən korporativ müştərilərdən gələn tələblərin 70%-ə qədərini müxtəlif standartlara cavab verməsi tələb olunan məhsullar təşkil edir. Sırf bu səbəbdən məhsullarda axtarılan ilkin amil tələb olunan standartlara cavab verməsidir.
Bu standartlar arasında EN, İSO, DİN, CE, 3.1, 7.1 kimi standartları sadalamaq olar.
Təbii ki, bütün istifadəçilər sertifikat tələb etmir. Hətta demək olar ki, bazarın böyük hissəsi sertifikatsız məhsullarla təmin edilir. Buna başlıca səbəb isə qiymətlərin daha münasib olmasıdır.
Lakin, unutmaq lazım deyil ki, bəhs etdiklərimiz çox ciddi şəkildə təhlükəsizliyin tam təmin edilməsi lazım olan sektorlardır.
Ölkəmizdə daha çox xarici şirkətlərin fəaliyyət göstərdiyi neft-qaz sektorunda bu amillərə ciddi nəzarət edirlir. Gələn tələblər içərisində anbar avadanlıqları, platformalar, qoruyucu boyalar, təhlükəsizlik və yükqaldırma kəmərləri, inşaat kimyasalları, kəsmə daşlarında daha çox sertifikat tələbi olunduğu bildirilir.
"ŞİRKƏTİMİZİN İŞİ "HƏLL" TƏKLİF ETMƏKDİR"
“Hətta bəzən tələblər o qədər mürəkkəbləşir ki, adi təmizlik bezləri üçün də sertifikat tələb olunur.
“Universal Pro MMC olaraq tədarük edilən məhsulların keyfiyyətinə daim nəzarət edirik. İstehlakçıların, mühəndislərin, konstruktorların, memarların tələblərinə uyğun məhsul portfeli seçilir, bütün məhsulların müvafiq sertifikatlara malik olması daim diqqətdə saxlanılır.
Hər hansı bir səbəbdən yaranmış qüsurlar birbaşa istehsalçıya çatdırılır, problemin mütəxəssis tərəfindən həllinə imkan yaradırıq. Şirkətimizin işi satış etməkdən daha çox müştərilərimizə “həll” təklif etməkdir”,- “Universal Pro”dan bildirildi.
Qeyd edək ki, “Universal Pro” MMC 1998-ci ildən başlayaraq İnşaat, Sənaye və Neft-Qaz sahəsində ciddi tədarük portfelinə sahib olmaqla yanaşı, Bosch, Magmaweld, Norton, Force, Beta, Klingspor, Çağsan, Netlift, Hempel, Köster kimi qlobal şirkətlərin Azərbaycandakı rəsmi nümayəndəlik fəaliyyətini həyata keçirir.
Şirkət, əsasən B2B (korporativ) formatda xidmət göstərir. Lakin, 2 min kvm sahəsi olan “Showroom” tipli mağazası bütün portfelin həm nümayiş etdirilməsinə, həm də fiziki şəxslərə satış edilməsinə imkan verir.
Ünvan: Ziya Bünyadov 2075, Nəriman Nərimanov AZ1029
Əlaqə: (+994 51) 555 0 555
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 20 d. əvvəl
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
-
2 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti




















