ABŞ-ın alüminium idxalına 25% vergisi şirkətlərə təsir edə bilər: Coca Cola plastikə qayıda bilər
ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına 25 faiz idxal vergisi tətbiq edilməsi haqqında sərəncam imzalamasından sonra, Coca-Cola alüminium qutuların qiyməti artarsa, plastik butulkaların istifadəsi artıra biləcəyini açıqlayıb.ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına 25 faiz idxal vergisi tətbiq edilməsi haqqında sərəncam imzalamasından sonra, Coca-Cola, alüminium qutuların qiyməti artarsa, plastik butulkaların istifadəsini artıra biləcəyini açıqlayıb.
Marja xəbər verir ki, Coca-Cola-nın Baş İcraçı Direktoru (CEO) Ceyms Quincey (James Quincey) investorlarla 2024-cü ilin qiymətləndirmə toplantısında mövzu ilə bağlı açıqlamalar verib.
Quincey bildirib ki, Tramp polad və alüminium idxalına 25 faiz idxal vergisi tətbiq edən sərəncam imzaladıqdan sonra alüminium qutuların qiymətinin artması halında daha çox plastik butulkadan istifadə edə bilərlər.
Quincey, alüminium qiymətlərindəki 25 faiz artımın ümumi istehsal prosesində ciddi xərclər yaratmayacağını və qablaşdırma xərclərinin ümumi xərclərin çox kiçik bir hissəsini təşkil etdiyini söyləyib: "Bu vəziyyət əhəmiyyətsiz deyil, lakin milyardlarla dollarlıq ABŞ iş həcmini kökündən dəyişdirməyəcək" deyib.
Quinsey, tətbiq edilən gömrük rüsumunun öhdəsindən gələ biləcəkləri bir məbləğ olduğunu və bu vəziyyəti aşmaq məcburiyyətində olduqlarını deyib.
Digər tərəfdən, qablaşdırma xərclərinin artması halında alternativ kanallara üz tutacaqlarını vurğulayan Quinsey, "Məsələn, alüminium qutular bahalaşarsa, daha çox plastik qab istifadə edə bilərik" deyib.
Dünən Oval Ofisdə keçirilən mərasimdə Tramp istisnasız olaraq bütün ölkələrdən ABŞ-ın bütün polad və alüminium idxalına tariflər tətbiq edəcək sərəncamı imzalayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















