“Global Energy Solutions” istiqrazlarına 4 investor 4 sifariş təqdim edib
“Global Energy Solutions” MMC-nin istiqrazlarının abunə yazılışı 21.01.2025-ci il tarixindən başlayaraq, 14 gün davam etmiş və fevralın 3-ündə yekunlaşmışdır.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 7 fevral 2025-ci il tarixində yekunlaşmışdır.
Marja Birjaya istinadən xəbər verir ki, 5 milyon manatlıq istiqrazlara 4 investor 4 sifariş təqdim edib. Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) 5 milyon manat, reallaşdırılmış həcm də milyon manat olub.
Qeyd edilib ki, “Global Energy Solutions” MMC-nin AZ2001025884 İSİN kodlu qiymətli kağızlarının ticarət nəticələrinin “Qiymətli kağızların ticarətə qəbulu, listinqə alınması, listinqdə saxlanılması, ticarətinin dayandırılması, delistinqi” qaydalarının 3.19 və 3.20-ci bəndlərindən irəli gələn tələblərə uyğun olmadığı üçün, sözügedən kağızlar listinq siyahısına əlavə edilməmişdir.
16 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Global Energy Solutions” MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə Qəbula İcazə” qərarı verilmişdi.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: “Global Energy Solutions” MMC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2001025884
İstiqrazın növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
İstiqrazın sayı: 50 000 (ədəd)
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 5 000 000 manat
İllik gəlirlilik faizi: 12%
Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 ( üç yüz altmış) olaraq götürməklə hər 3 (üç) aydan bir (ayda günlərin sayı 30 (otuz) götürülməklə)
Tədavül müddəti: 2 il
Minimal qiymət: 100 manat (12.0000%)
Maksimal qiymət: 100 manat (12.0000%)
Kəsmə qiymət: 100 manat (12.0000%)
Orta çəkili qiymət: 100 manat (12.0000%)
Reallaşdırılmış həcm: 5 000 000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 5 000 000 manat
İnvestor sayı: 4
Sifariş sayı: 4
Anderrayter: “PAŞA Kapital İ.Ş” QSC
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























