"FERRUM KAPİTAL"ın istiqrazlarına investorlardan sifariş olmadı, delist edildi
“Ferrum Kapital”ın istiqrazlarına maraq göstərən investor olmayıb. Faktorinq xidmətləri göstərən şirkət 1 milyon manat borc ala bilmədi.4 fevral 2025-ci il tarixlərində Bakı Fond Birjasında "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 dövlət qeydiyyat nömrəli 1 milyon manat həcmində, 2 il tədavül müddətli istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirilib.
Marja.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı investorlar tərəfindən sifariş olmadığından hərrac baş tutmayıb.
Bu səbəbdən, "FERRUM KAPİTAL" QSC-nin AZ2018022288 İSİN kodlu istiqrazları delist edilib.
Qeyd edək ki, "Ferrum Kapital" şirkəti "AGA Şirkətlər Qrupu”a daxildir.
Xəbər verildiyi kimi, 26 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM KAPİTAL" QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdi. Birjanın yaydığı məlumatda bildirilmişdi ki, qeyd olunan istiqrazların yerləşdirilməsi 10 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında kütləvi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.
Faktorinq xidmətləri göstərən şirkət istiqraz yerləşdirməklə 1 milyon manat borc almaq istəyirdi. Tədavül müddəti 2 il olan istiqrazlar üzrə faiz dərəcəsi 12.5% təşkil edirdi və faizlərin ödəniş periodu hər 3 aydan bir idi.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimi idi:
Emitentin adı: "FERRUM KAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2018022288
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu / forması: Kütləvi / Birqiymətli
İstiqrazların sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 AZN
İstiqrazların buraxılış həcmi: 1 000 000 AZN
İllik gəlirlilik faizi: 12.5%
Ödəmə periodu: İldə günlərin sayı 360 (üç yüz altmış) və bir ayda günlərin sayı 30 gün olaraq götürülməklə hər 3 (üç) təqvim ayından bir
Tədavül müddəti: 2 il
Ticarətə buraxılma tarixi: 10.01.2025
Anderrayter: “PAŞA Kapital İ.Ş.” ASC
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























