ABŞ-ın keçmiş maliyyə nazirindən gömrük rüsumu xəbərdarlığı
ABŞ-ın keçmiş maliyyə naziri Larri Summers deyib ki, Kanada və Meksikaya tətbiq edilən gömrük rüsumları amerikalılar üçün avtomobil, yanacaq və digər məhsulların qiymətlərini artıracaq.ABŞ prezidenti Donald Trampın tarif (gömrük rüsumu) qərarı, hədəf ölkələrdə olduğu kimi, öz ölkəsində də tənqidlərə səbəb olub.
Marja xəbər verir ki, ABŞ-ın keçmiş maliyyə naziri Larri Summers sosial media hesabında paylaşdığı məlumatda rüsumların mənfi təsirləri ilə bağlı qiymətləndirmələr edib.
Sammers bildirib ki, tariflər avtomobillərin, yanacağın və insanların aldığı hər şeyin qiymətini qaldıracaq. Onun sözlərinə görə, tariflər istehlakçılara ötürüldükcə və sonra digər şirkətlər rəqiblərinin yüksək qiymətlərinə uyğunlaşmaq üçün qiymətləri qaldırdıqca, bu, Amerika şirkətlərini daha az rəqabətqabiliyyətli edəcək və iş yerlərinə zərər verəcək.
Summers həmçinin qeyd edib ki, ABŞ ixracatının çox hissəsi idxal olunan xammallardan ibarətdir.
Sammers bildirib ki, gömrük rüsumu tətbiq edilən ölkələr cavab tədbirləri görməyə məcbur olacaqlar. O, əlavə edib ki, tariflər Meksika iqtisadiyyatını sabitsizləşdirərək cənub sərhədində miqrasiyanı artıra bilər.
Sammers qeyd edib ki, əgər ABŞ tariflər tətbiq etməklə hədələməkdə davam edərsə, digər ölkələr ABŞ-ı pis tərəfdaş kimi görəcək və bu, iqtisadiyyata və milli təhlükəsizliyə xələl gətirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















