Trampın kriptovalyutası rekord qırıb: Bir saatda 10 milyard dollar bazar dəyərinə çatıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp cümə günü öz kriptovalyutası olan "$TRUMP"ı bazara çıxarıb və kriptovalyuta (memecoin və ya zarafat koin də deyilir) bazara çıxdıqdan cəmi bir saat ərzində 10 milyard dollarlıq bazar dəyərinə çatıb.
Marja xəbər verir ki, Tramp yeni kriptovalyutasını "Truth Social" hesabında və təsdiqlənmiş "X" (keçmiş Twitter) hesabında elan edib.
Tramp sosial media hesablarında yazıb: “Mənim yeni rəsmi Trump kriptovalyutam BURADA! Əldə etdiyimiz hər şeyi qeyd etməyin vaxtı gəldi. Mənim çox xüsusi Trump İcmama qoşulun. İNDİ "$TRUMP" ilə qazanın və əylənin!” .
Trampın "$TRUMP" koini, cümə günü satışa çıxarıldıqdan sonra sürətlə dəyər qazanıb.
Token ilk mərhələdə 200 milyon ədəd istehsal edilib və zamanla 1 milyard ədədə çatmaq üçün kilidləmə planı açıqlanıb. Dağıtım planına əsasən, ümumi tədarükün 80 faizi yaradıcı heyətə və Trampın CIC Digital şirkətinə ayrılacaq.
Trampdan vəzifəyə başlamazdan əvvəl böyük addım
Trampın kriptovalyuta hərəkəti ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sədri Gary Genslerin istefasından sonra və Trampın andiçmə mərasiminə cəmi üç gün qalmış baş verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























