Fiat bölünməyə hazırlaşır
Fiat Chrysler, satış üçün istədiyi təklifi tapmadığı üçün bölünməyə hazırlaşır. Avtomobil ehtiyatı hissələri istehsal edən Magneti Martelli, lüks seqment markalar olan Alfa Romeo və Maserati qrupdan ayırıla bilər.
Fiat Chrysler uzun vaxtdır birləşmək üçün şirkət axtarırdı. Lakin belə bir şirkəti tapmadığı üçün əməliyyatlarını bölməyi planlaşdırır.
"Marja" xəbər verir ki, Şirkətin İcraçı direktoru Sergio Marchionne bir müddətdir ki, verdiyi bəyanatlarda Fiat Chrysler üçün təkliflər gözlədiklərini bildirirdi, ancaq İtalyan - Amerikan tərəfdaşlığına ciddi bir tələklif verilmədi. Buna görə şirkət bölünəcək.
Sergio Marchionne Alfa Romeo və Maserati kimi lüks markaların hələ müstəqil olmağa hazır olmadığını deyib.
Fiat Chrysler Automotive-in (FCA) daha əvvəl Çinli istehsalçılar Guangzhou, Dongfeng və Great Wall Motor satılacağına dair açıqlamalar verilmişdi.
4.2 MİLYARD AVRO BORC "ƏRİDİLƏCƏK"
İlk təxminlərə görə, FCA-nın nəzdində olan və müxtəlif markalara ehtiyat hissələri istehsal edən Magneti Marelli ilə bərabər, gələcəkdə Maserati və Alfa Romeonun ayrılma ehtimalı üzərində dayanılır.
Analitiklərə görə, Fiat-ın lüks maşın seqmentinin 7 milyard avro, Magneti Martelli və digər idarələrin də 5 milyard avro həcmində dəyəri olduğu güman edilir.
2019-ci ilin ilk yarısında Fiat Chrysler-dəki vəzifəsindən çıxacaq 65 yaşlı Marchionne tezliklə 5 illik yekun planın hazırlanması ilə məşğul olur. Fiat-ın əsas hədəfi gələn ilin sonu etibarilə 4.2 milyard avro həcmində borcunu əritmək və gəlir əldə etməkdir.
Şirkətlərin ayrılmasının Fiat-ın xalis mənfəətinin 8 faiz həcmində azalmasına səbəb olacağının gözlənilməsinə baxmayaraq borclarının 38 azalacağı bildirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
18 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
























