"Unibank"ın biznes kreditləri portfelində böyük artım - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
"Unibank" ASC 2024-cü ili 20 milyon 400 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ili 32 milyon 931 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Unibank"ın xalis mənfəətinin azalması faiz, əməkhaqqı, inzibati və digər xərclərin artması ilə əlaqdar olub. Belə ki, keçən il "Unibank" gəlirlərini artırıb, lakin xərclərin daha çox artması mənfəətə azaldıcı təsir edib.
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ildə "Unibank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 354 milyon 612 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 292 milyon 13 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 62 milyon 599 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə "Unibank"ın cəmi əməliyyat gəlirləri 319 milyon 150 min manat, cəmi əməliyyat xərcləri 244 milyon 54 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 75 milyon 97 min manat təşkil etmişdi.
Ötən il "Unibank"ın əməliyyat gəlirlərinin 35 milyon 462 min manat artmasına qarşılıq, əməliyyat xərcləri 47 milyon 959 min manat artıb. Xərclərdəki artım gəlirlərdəki artımdan 12 milyon 498 min manat yüksək olduğu üçün, Bankın əməliyyat mənfəəti bir o qədər də azalıb.
Ötən il "Unibank" 62 milyon 599 min manat əməliyyat mənfəətindən 35 milyon 157 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 7 milyon 43 min manat mənfəət vergisi ödəyib. Bank 2023-cü ildə 75 milyon 97 min manat əməliyyat mənfəətindən 33 milyon 591 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmış və 8 milyon 576 min manat mənfəət vergisi ödəmişdi.
BANK BÖYÜYÜB
2024-cü ildə Unibank"ın cəmi aktivləri 169 milyon 65 min manat və ya 10,6% artaraq 31 dekabr 2024-cü il tarixində 1 milyard 759 milyon 725 min manat təşkil edib. Bank 2023-cü ilin sonunda 1 milyard 590 milyon 659 min manat cəmi aktivlərə malik idi.
BİZNES KREDİTLƏRİ PORTFELİ KƏSKİN ARTIB
Ötən il "Unibank"ın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 106 milyon 782 min manat və ya 10.2% artaraq 1 milyard 154 milyon 523 min manata çatıb. O cümlədən, Bankın biznes kreditləri portfeli 107 milyon 507 min manat artaraq 436 milyon 904 min manata, ipoteka kreditləri portfeli 8 milyon 354 min manat artaraq 99 milyon 92 min maant yüksəlib, istehlak kreditləri portfeli isə 9 milyon 79 min manat və ya 1,4% azalaraq 618 milyon 527 min manata düşüb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN DEPOZİTLƏRİ ARTIB
2024-cü ildə "Unibank"da cəmi depozitlər 11 milyon 232 min manat azalaraq 1 milyard 204 milyon 660 min manata düşüb, o cümlədən fiziki şəxslərin depozitləri 15 milyon 149 min manat artaraq 956 milyon 429 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 26 milyon 381 min manat azalaraq 248 milyon 231 min manata geriləyib.
Ötən il "Unibank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2 dəfəyə yaxın artaraq 209 milyon 19 min manata qalxıb (2023-cü ilin sonunda 108 milyon 936 min manat təşkil etmişdi).
MƏCMU KAPİTALI ARTIB
31 dekabr 2024-cü il tarixində "Unibank" 176 milyon 897 min manat məcmu kapitala malik olub. 2023-cü ilin sonunda Bankın məcmu kapitalı 160 milyon 122 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 8 saat sonra
-
- 17 d. əvvəl
-
14 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
15 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 15 saat əvvəl
-
15 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
15 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Ford 4 milyon 380 min avtomobili geri çağırır
Banka illik 13 faizlə 5 milyon manat pul lazımdır - ŞƏRTLƏR
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
Ən çox oxunanlar
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb


















