Bu il “Şahdəniz” və AÇG üzrə mənfəət vergisi 2 milyard manata yaxın olacaq
2025-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarını işlədən neft-qaz şirkətlərindən dövlət büdcəsinə 1,95 milyard manat mənfəət vergisinin daxil olacağı gözlənilir.
AÇG layihəsinin səhmdarlarının 2025-ci ildə Azərbaycanın büdcəsinə neftin orta qiymətinin 70 ABŞ dolları olmaqla 450 milyon manat mənfəət vergisi ödəyəcəyi gözlənilir. Şahdəniz layihəsi üzrə fəaliyyət göstərən şirkətlərin mənfəət vergisi ödənişləri isə 1,5 milyard manat proqnozlaşdırılıb. Bu proqnoz qazın 1000 kubmetri üçün orta qiymətinin 242 ABŞ dolları olmaqla müəyyən edilib.
2024-cü ilin sonuna Şahdəniz və AÇG layihəsi üzrə mənfəət vergisi ödəmələri müvafiq olaraq 1,93 milyard manat və 650 milyon manat olmaqla ümumilikdə 2,58 milyard manat təşkil edib.
Qeyd edək ki, “Azəri”, “Çıraq” və “Günəşli” dərinsulu yataqlarının işlənməsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi 1994-cü ildə imzalanıb. Xatırladaq ki, 14 sentyabr 2017-ci il tarixində AÇG üzrə dəyişdirilmiş və yenidən işlənmiş hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb və bununla HPBS-nin müddəti 2049-cu ilə qədər uzadılıb. “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə müqavilə isə 1996-cı ildə imzalanıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























