FED rəsmilərinin açıqlamalarından sonra qızılın ucuzlaşması davam edir
Fed rəsmilərinin inflyasiya ilə bağlı narahatlıqlarını dilə gətirmələri ilə qızılın ucuzlaşaması davam edir.Qızıl, FED rəsmilərinin həftə sonu açıqlamalarında; ABŞ Federal Ehtiyat Sisteminin (mərkəzi bank, FED) bu il faiz dərəcələrinin aşağı salınmasına daha ehtiyatlı yanaşacağını bildirdikləri üçün ucuzlaşır.
Marja.az xəbər verir ki, FED-in San-Fransisko şöbəsinin rəhbəri Meri Deyli və FED-in İdarə Heyətinin üzvü Adriana Kuqler inflyasiya ilə bağlı narahat olduqlarını bildiriblər, yüksək inflyasiyaya son qoyulmasının və 2 faizlik hədəfə çatmağın vacibliyini vurğulayıblar. Bu açıqlamalardan sonra külçə qızılın unsiyasının qiyməti 0,3 faiz azalaraq 2631 dollaradək düşüb (Bakı vaxtı ilə saat 11:00-a olan məlumat). Qızıl faiz ödəmir, amma aşağı dərəcələr ümumiyyətlə qızılın xeyrinədir.
Ötən ay FED 2025-ci ildə edəcəyini gözlədiyi faiz endirimlərinin sayını azaldıb. FED sədri Jerome Powell bildirib ki, borclanma xərclərini azaltmaq üçün daha diqqətli olmalıdırlar. Bu, ABŞ-da monetar ekspansiya nəticəsində keçən il rekord qıran və 27 faiz bahalaşan qiymətli metal üçün maneə ola bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















