"Buta Airways”in noyabr ayınadək biletləri satılıb
Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti olan “Buta Airways” bu gün ilk reysini Gürcüstanın paytaxtı Tbilisi şəhərinə gerçəkləşdirib.
Tbilisi beynəlxalq aeroportunda təyyarənin rəsmi qarşılanma mərasimi keçirilib. İlk aviareysin sərnişinlərini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və “Buta Airways”in nümayəndələri qarşılayıblar. Aeroportda jurnalistlərə açıqlama verən “Buta Airways” şirkətinin baş direktoru Cəmil Manizadə bildirib ki, ilk reysə tələbat təxminən 100% səviyyəsində olub. O deyib ki, aviaşirkətin biletlərini 2 ay öncədən əldə etmək ən optimal variantdır: “Artıq noyabr ayı üçün kifayət qədər bilet satışını həyata keçirmişik. Hazırda Bakıdan Moskvaya, Kazana, Mineralnıye Vodıya, habelə Moskva-Gəncə aviareyslərinə bilet satışı açıq elan olunub”.
C. Manizadənin sözlərinə görə, qış aylarında uçuş coğrafiyası Sankt-Peterburq, İstanbulun Sabiha Gökçen hava limanları ilə genişlənəcək: “Hazırda “Buta Airways” üçün potensial istiqamətlər nəzərdən keçirilir. Biz daha çox tələbat olan istiqamətlər üzrə uçuşlara başlamışıq. Ancaq əminliklə deyə bilərəm ki, bu sahədə genişlənmə olacaq”.
Qeyd edək ki, ilk mərhələdə aviaşirkət Tbilisidən əlavə Bakıdan Moskva (“Vnukovo” hava limanı), Antalya, Kazan, Mineralnıye Vodı, Kiyev və Tehrana uçuşlar yerinə yetirəcək. Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
Xatırladaq ki, loukost aviaşirkət olaraq “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir. Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir. Aviaşirkətin bütün reyslərində sendviçlər və su pulsuz təqdim olunur. İsti yeməyi aviabiletin alınması prosesi zamanı 7,90 avro ödəniş etməklə öncədən sifariş etmək mümkündür. Həmçinin təyyarənin göyərtəsində müxtəlif içkilər və soyuq qəlyanaltılar əldə etmək mümkündür.
“Buta Airways”in aviareyslərində eyniadlı bort jurnalı pulsuz paylanılır. Jurnal həm Azərbaycan vətəndaşlarına, həm də Heydər Əliyev Hava Limanı vasitəsilə səyahət edən qonaqlara və tranzit sərnişinlərə eyni dərəcədə maraqlıdır. Jurnalda Azərbaycanda və xaricdə maraqlı və tanınmayan yerlər, milli mətbəx və aviaşirkətin uçuşlar yerinə yetirdiyi bu və ya digər şəhərdə vaxtın necə səmərəli keçirilməsi haqqında məlumatlar dərc olunur. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 20 d. əvvəl
- 43 d. əvvəl
-
50 d. əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əmanətlərin sığortalanması faizi yeni metodologiya ilə təsdiq ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Qızıl və gümüş kəskin ucuzlaşıb
Ən çox oxunanlar
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
Yeni Mercedes-Benz S-Class təqdim edildi - FOTO/VİDEO























