Dövlət Xidməti: İqtisadi təmərküzləşmə ilə bağlı baxılan müraciətlərin sayı 3 dəfəyədək artıb - 72 MÜRACİƏT
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı:
Bu məlumat Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun Fəaliyyət Planının tələblərinə əsasən hazırlanıb.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsi əsasında rəqabət problemlərinə dair effektiv tənzimləmə mexanizmlərinin tətbiqi, bazarlarda rəqabətli mühitin təmin edilməsi ilə azad sahibkarlığın təşviqi və iqtisadi səmərəliliyin artırılmasına yönələn tədbirlər davam etdirilir
Rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on bir ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 153 müraciətə baxılıb, onlardan 89-u təmin olunub. Baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfədək artım müşahidə olunub.
Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə 72 müraciətə baxılıb ki, bu da 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3 dəfəyədək artım deməkdir. Baxılmış müraciətlərdən 40-ı təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı isə 52 olub və onlardan 32-si təmin edilib.
Ötən dövrdə Dövlət Xidməti tərəfindən haqsız rəqabət, bazar subyektinin mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönələn, bununla da rəqiblərinə zərər vura bilən hərəkətlərinin qarşısının alınması istiqamətində tənzimləyici tədbirlər həyata keçirilib.
Bu ilin yanvar-noyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış müraciətlər üzrə ötən illə müqayisədə 29,4% artım qeydə alınıb. Belə ki, baxılmış 110 müraciətin 59-u təmin olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə təmin olunma səviyyəsində 44% artım müşahidə edilib. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.
Analoji dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 149 müraciətə baxılıb, 106 qanunamüvafiq izahat verilib, 26 müraciət təmin olunub. Digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 26 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.
Cari ilin yanvar-noyabr ayları ərzində müştərilər və biznes subyektlərinin qanuni mənafelərinə mənfi təsir göstərə bilən davranışlarının qarşısının alınması və aradan qaldırılması, şəffaf və rəqabətə əsaslanan münasibətlərin gücləndirilməsi istiqamətində Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri həyata keçirilib.
Analoji dövrdə təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış müraciətlər üzrə 36,5% artım qeydə alınıb. Belə ki, baxılmış 1275 müraciətin 354-ü təmin olunub. 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə təmin olunmuş müraciətlərin sayı 63,1% artıb. Bundan əlavə, sözügedən sahə üzrə 615 qanunamüvafiq izahat və tövsiyə verilib, 42-si baxılması üçün aidiyyəti orqana göndərilib, 126 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 2 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 1 halda müraciət işə alınıb, 132 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.
Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.
Müştərilərin xəbərləri
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 2 gün sonra
-
- 15 d. əvvəl
-
20 d. əvvəl
Azərbaycanın böyük oyuncaq mağazaları şəbəkəsinin Sumqayıtda filialı açılır
- 36 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
-
1 saat əvvəl
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
-
1 saat əvvəl
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın sığorta bazarı kiçilib
Xalq Bankdan sahibkarlar üçün girovsuz biznes krediti
AFB Bank-dan sərfəli kredit təklifi – 0% komissiya və 2% endirim!
Nəhəng bank misin tonunun 14 min dollara yüksələcəyini gözləyir.
Ən çox oxunanlar
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
Qızılın qiyməti yavaş artım göstərib
Rəsmi məzənnələr açıqlandı
Saloglu mebeldə bütün mebellər fabrik qiymətinə endirilib
“Ramazan payı” ianə aksiyasına start verildi - Fond vətəndaşları və şirkətləri bu nəcib təşəbbüsə qoşulmağa dəvət edir
"Changan Azərbaycan" iddialara cavab verdi: "Məlumatlarməqsədli qarayaxma kampaniyası xarakteri daşıyır" - VİDEO
Nazirlərin iştirakı ilə pambıqçılıq və pambıq istehsalında dəyər zənciri müzakirə olunub
















