Ayrı-ayrı vətəndaşların adına şirkətlər yaradılır, böyük məbləğdə vergi borcları yaranır - XƏBƏRDARLIQ
Dövlət Vergi Xidməti etibardan sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir.Dövlət Vergi Xidmətinin əməkdaşı Elxan İsayev bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəfələrlə edilmiş müraciətlərinə baxmayaraq, etibardan sui-istifadə etməklə qanunsuz gəlir götürmək məqsədilə ayrı-ayrı vətəndaşların adına müxtəlif hüquqi şəxslərin təsis olunması hallarına rast gəlinir. Nəticədə, həmin hüquqi şəxslərin böyük məbləğdə vergi borcları yaranır. Bu cür qanunazidd hərəkətlər bir çox hallarda vətəndaşların özləri tərəfindən könüllü olaraq dələduzlara etibarnamə verməsi, yaxud özünə məxsus elektron imzadan istifadə etməyə şərait yaratması nəticəsində baş verir.
"Belə hallarla qarşılaşmamaq üçün Dövlət Vergi Xidməti mütəmadi olaraq vətəndaşları məlumatlandırır, onları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.
Qeyd edək ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur. Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxslər tərəfindən istifadəsinə yol verməməlidir. Dövlət Vergi Xidməti bir daha vətəndaşları etibarnamələrin məzmunu ilə daha detallı tanış olmağa və şəxsi məlumatların üçüncü şəxslərə etibar edilməsində maksimum ehtiyatlı davranmağa çağırır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























