Gələn il üçün pensiyaların proqnozlaşdırılan məbləğləri açıqlanıb
"Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat, və ya cari ilin sonu ilə müqayisədə 8% çox planlaşdırırıq".Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini xalqımızın rifahının yaxşılaşdırılması təşkil edir.
Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında 2025-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, növbəti ilin büdcəsində sosialyönümlü xərclər cari illə müqayisədə 2025-ci ildə 1,4 milyard manat artıqdır:
"Sosial müdafiə və sosial təminat xərclərini, məcburi köçkünlər üçün xərcləri nəzərə aldıqda bu istiqamətə 4,8 milyard manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari illə müqayisədə 10 faiz artıqdır. DSMF-nin büdcəsinin balanslaşdırılmasına cari ildən 360 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur. Növbəti ildə əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat, və ya cari ilin sonu ilə müqayisədə 8% çox planlaşdırırıq. Cari ilin sonu gözləntimiz odur ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği növbəti ildə 527 manat, əmək pensiyasının orta aylıq məbləği isə 494 manat olacağını planlaşdırırıq".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























