İsveçin batareya istehsalçısı iflas etmək üzrədir
Avropanın akkumulyator və batareya istehsalçısı Northvolt qısamüddətli maliyyələşdirməni təmin etmək üçün zamanla yarışır. Şirkət istehsal gücünü artırmaqda çətinliklər və BMW-nin 2 milyard dollarlıq müqaviləsini ləğv etməsi səbəbindən ciddi böhranla üzləşib. İsveç hökuməti və bəzi investorlar şirkəti xilas etmək üçün əlavə dəstək imtina ediblər.İsveçin batareya istehsalçısı Northvolt-un gələcəyi qeyri-müəyyənlik içindədir, çünki şirkət kreditorlardan müdafiə üçün məhkəməyə müraciət etməyi və ya müflis elan olunmasını nəzərdə tutur. Bir vaxtlar Avropanın avtomobil sənayesi üçün böyük vədlər verən şirkətin gələcəyi son xilasetmə danışıqları iflasa uğradıqdan bir neçə gün sonra qeyri-müəyyən ola bilər.
Marja xəbər verir ki, Northvolt, fəaliyyətini davam etdirmək üçün qısamüddətli maliyyə əldə etmək səylərini davam etdirsə də, iflas üçün müraciət və ya Fəsil 11-in qorunması kimi alternativ həll yollarını nəzərdən keçirir. Financial Times-ın məlumatına görə, vaxt azaldığı üçün bu variantların hər biri nəzərdən keçirilir.
BMW-nin müqaviləni ləğv etməsilə Northvolt böhranla üzləşib
Volkswagen, Goldman Sachs, Siemens və JPMorgan kimi böyük investorlardan, eləcə də Kanada və Almaniyadan 15 milyard dollardan çox maliyyə vəsaiti toplayan şirkət, elektrik navtomobilləri üçün enerjisi batareyası texnologiyasında Asiya qruplarının hökmranlığına Avropanın cavabı olmağı hədəfləyirdi. Bununla belə, Northvolt İsveçin şimalındakı Skellefteå zavodunda istehsalı artırmaqda çox çətinlik çəkib. BMW bu ilin əvvəlində 2 milyard dollarlıq müqaviləsini ləğv etdikdən sonra şirkət ciddi böhranla üzləşib.
Zavodda istehsal gücünün yalnız kiçik bir hissəsindən istifadə edə bilən Northvolt İsveçdəki işçilərinin dörddə birini ixtisar edib. O, istehsalı artırmaq üçün bir sıra layihələri təxirə salaraq Skellefteå-da istehsala diqqət yetirməyə çalışıb.
İsveç hökuməti Northvolt-a dəstəyi rədd edir
İsveçin sağ mərkəzçi hökuməti şirkətin xilas edilməsi üçün hər hansı dövlət dəstəyini rədd edib. Bundan əlavə, bəzi özəl investorlar şirkətin daimi itkiləri səbəbindən əlavə investisiyalardan imtina ediblər.
Northvolt-un əsas investorlarından biri şirkətin gələn həftə iflas elan ediləcəyini gözlədiklərini açıqlayıb.
Gələcəyi ilə bağlı iddialara qatılmadığını qeyd edən şirkət bildirib: "Strateji baxış prosesi başlayandan bəri müxtəlif variantları müzakirə edirik və bu proses davam edir. Nəticələr əldə etdikdən onları ictimaiyyətə açıqlayacağıq"
Northvolt-un keçmiş və indiki işçiləri zavoddakı problemləri - zəif idarəetmə, aşağı təhlükəsizlik standartları, nasaz Çin avadanlıqları və şirkətin çox sürətlə böyüməyə çalışması kimi sadalayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
10 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
16 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş

























