Azərbaycan nüvə enerjisinin tətbiqinə doğru irəliləyir - Memorandum imzalandı
COP29 Sədrliyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) birgə təşkilatçılığı ilə keçirilən “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbiri çərçivəsində Energetika Naziriliyi və BAEA Anlaşma Memorandumu imzalayıb.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında Paris Sazişi kontekstində enerji planlaşdırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu energetika naziri Pərviz Şahbazov və BAEA-nın Baş direktoru Rafael Mariano Grossi imzalayıb.
Energetika naziri Pərviz Şahbazov deyib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi ilə imzaladığımız enerji planlaşdırması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu ölkəmizin təmiz enerji keçidi və “yaşıl enerji” sahəsindəki ambisiyalarını daha da gücləndirmək niyyətinin ifadəsidir: “Atoms4NetZero təşəbbüsü çərçivəsində nüvə enerjisinin, o cümlədən kiçik modul reaktorların (SMR) təmiz enerji keçidindəki potensialının təhlili üzrə əməkdaşlıq Azərbaycanın enerji sahəsinə yeni bir impuls verəcəkdir.Bu memorandumun əsas məqsədi nüvə enerjisinin inkişafı üzrə birgə tədqiqatlar, layihələr həyata keçirməkdir. BAEA ilə əməkdaşlığımız, Azərbaycanın nüvə enerjisinin gələcəkdə tətbiqinə doğru irəliləməsini təmin edəcək və enerji sisteminin daha da şaxələndirilməsinə imkan yaradacaqdır.”
BAEA-nın Baş direktoru Rafael Mariano Grossi deyib: “Bu gün Azərbaycan və BAEA arasında qurulan bu əməkdaşlıq çərçivəsini alqışlayırıq, çünki bu, təmiz enerji keçidinin uğuru və davamlılığının təmin edilməsində uzunmüddətli strateji planlaşdırma və potensialın artırılması üçün vacib rol oynayacaq. Azərbaycanın Paris Sazişi öhdəlikləri çərçivəsində nüvə enerjisinin potensialını araşdırmaq üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik.”
Qeyd edək ki, “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirində energetika nazirinin müavini Orxan Zeynalov çıxış edib. Nazir müavini Azərbaycanın “yaşıl enerji” sahəsində həyata keçirdiyi layihələr, karbon emissiyalarının azaldılması və enerji keçidi planlarından bəhs edib. Enerji keçidinin bütün təmiz enerji növlərindən istifadəni aktuallaşdırdığını qeyd edib. O da vurğulanıb ki, nüvə texnologiyalarının geniş miqyasda tətbiqi və inkişafı yalnız siyasi iradə ilə deyil, həm də əhəmiyyətli maliyyə dəstəyi ilə mümkün ola bilər. “Burada əsas çağırış, bu resursları cəlb etmək və onları ədalətli şəkildə paylamaqdır ki, hər bir ölkə, xüsusən də inkişaf etməkdə olanlar, bu keçiddə bərabər iştirak edə bilsin” .
Tədbir panel müzakirələrlə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
15 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
21 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























