Kapital Bank COP29-da iştirakını davam etdirir
Xəbər verdiyimiz kimi paytaxt Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası öz işinə başlayıb.
Konvensiyanın tərəf dövlətlərinin prezidentlərinin, hökumət başçılarının, yüksək vəzifəli şəxslərin iştirak etdiyi tədbirdə ölkənin birinci bankı Kapital Bank-da Paşa Holding nümayəndə heyətinin tərkibində iştirak edir.
Dayanıqlı inkişafa və ətraf mühitin qorunmasına daim həssas yanaşan Kapital Bank üçün bu tədbir xüsusi əhəmiyyət daşıyır. Belə ki, bankın COP29-da iştirakı iqlim dəyişikliyi ilə mübarizədə həm yerli, həm də qlobal səviyyədə töhfə vermək məqsədi daşıyır. Bu məqsədlə tədbirin Yaşıl zona hissəsində Kapital Bank-a məxsus stend qurulub. Stenddə bankın rəsmi nümayəndələri iştirakçılarlarla fikir mübadiləsi aparır, təcrübələrini bölüşür, qonaqların suallarını cavablandırırlar.
Eyni zamanda bir neçə mövzuda təşkil edilən panellərdə Kapital Bank-ın rəsmi nümayəndələri təmsil olunurlar. Tədbirin 2-ci günündə bankın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov “Korportaiv Dayanıqlılıq” mövzusunda keçirilən paneldə spiker olaraq iştirak edib. Sədr çıxışında uzunmüddətli inkişafın təməlində məhz dayanıqlı yanaşmasının durduğunu vurğulayıb: “İqlim dəyişikliyi, sosial bərabərlik və etik idarəetmə kimi məsələlər müasir biznesin ayrılmaz tərkib hissəsidir. Dayanıqlı gələcək üçün ekoloji faktorlar nəzərə alınmalı, innovativ texnologiyalara sərmayə artırılmalıdır. Biz dayanıqlı maliyyə həlləri təqdim etməklə, yalnız müştərilərimizin deyil, eyni zamanda bütün cəmiyyətin gələcəyini düşünürük”.
Tədbirin 4-cü günündə isə Kapital bank-ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə “Azərbaycanda Dayanıqlı KOS mühiti” mövzusunda baş tutacaq paneldə spiker olaraq iştirak edəcək.
Bu tarixi konfransın iştirakçısı olmaq istəyən hər kəs iticket.az saytından ödənişsiz olaraq bilet əldə edərək tədbirdə iştirak edə bilər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 25 d. əvvəl
-
- 29 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 37 d. əvvəl
- 39 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Speedtest Global Index”: Azərbaycanda internetin sürəti illik müqayisədə artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir
Azərbaycana minik avtomobillərinin idxalı 40 %-dən çox azalıb
Azərbaycanın ixracı qızıl ehtiyatının satışı ilə kəskin artıb - müsbət saldoda 10 qat artım















.jpg)






