“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Azercell-in korporativ müştəriləri üçün sənəd dövriyyəsi daha rahat, təhlükəsiz və sürətli oldu(®) “Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir. Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir.
Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
Müvafiq sənədlər “Asan İmza” və ya “Sima” elektron imzası vasitəsilə təsdiqlənir. Bu da e-sənədlərə ənənəvi şəkildə imzalanan sənədlərlə eyni hüquqi status verir.
Qeyd edək ki, rəqəmsal sənədləşmə prosesində məlumatların təhlükəsizliyi və məxfiliyi yüksək səviyyədə qorunur. Ən əsası isə sənəd mübadiləsinin səmərəliliyini artıran bu dəyişiklik eyni zamanda kağız sərfiyyatını da minimuma endirməyə dəstək olur.
“Azercell Biznes” ilə sənədləşmə indi daha rahat, təhlükəsiz və sürətlidir.
“Azercell Biznes”in bu və digər rəqəmsal transformasiya həlləri ilə daha ətraflı tanış olmaq üçün:
https://www.azercell.com/az/corporate/mobile-communications/special-services/azercell-biznes.html
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
8 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























