Bu il SOCAR Gürcüstanda qazlaşdırmanı 88 faizə çatdırmağı planlaşdırır
“SOCAR Georgia Gas”ın və Gürcüstan hökumətinin birgə fəaliyyəti nəticəsində Gürcüstanda qazlaşdırma səviyyəsinin 2024-cü ilin sonuna 88 faizə çatdırılması gözlənilir.
Bu barədə SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatında bildirilir.
Məlumata görə, 2008-ci ildə bu göstərici 46 faiz səviyyəsində olub. Aparılan işlər nəticəsində 2009-cu ildə sayı 71 min olan abonentlərin sayı 2023-cü il dekabrın 31-nə olan tarixə görə 870 minə çatdırılıb. Bundan əlavə, 2007-2023-cü illər ərzində şirkət tərəfindən 11,2 min kilometrə qədər yeni qaz kəmərləri quraşdırılıb.
Qeyd edək ki, “SOCAR Energy Georgia” MMC Gürcüstan bazarında neft və qaz məhsullarının idxalı, topdan və pərakəndə satışı, habelə təbii qazın paylanması məqsədilə 2006-cı ildə təsis edilmiş və SOCAR tərəfindən xarici ölkədə açılmış ilk şirkətdir. Şirkət dost ölkədə ən iri sərmayəçi və vergi ödəyən şirkətlərdən biridir.
Topdan və pərakəndə fəaliyyəti ilə yanaşı, “SOCAR Energy Georgia” tərəfindən yanacaqdoldurma məntəqələrinin (YDM) inşası və istismarı, neft məhsulları terminalları və nəqliyyat vasitələri ilə təchizat, idxal əməliyyatlarının həyata keçirilməsi kimi funksiyalar da yerinə yetirilir. Sadalanan fəaliyyət növlərini həyata keçirmək üçün “SOCAR Georgia Gas”, “SOCAR Georgia Petroleum” və “SOCAR Georgia Security” kimi hüquqi cəhətdən tam olaraq “SOCAR Energy Georgia”ya məxsus olan törəmə şirkətlər yaradılıb.
“SOCAR Georgia Petroleum” 13 xidmət mərkəzi və 4 neft məhsulları terminalına malikdir. YDM-də mayeləşdirilmiş təbii qaz (LPG), sıxılmış təbii qaz (CNG), dizel yanacağı və müxtəlif oktanlı yüksək keyfiyyətli benzin satılır. Şirkətə məxsus YDM-də satılan dizel yanacağı və benzin Avropa ölkələrindən idxal olunur və tam olaraq “Avro-5” (Euro 5) standartlarının tələblərinə uyğundur.
Həmçinin, Gürcüstanda ilk dəfə olaraq elektrik enerjisi ilə işləyən avtomobil sahibləri ölkənin əsas yollarında və Tbilisi şəhərində şirkətin 15 YDM-də 19 nöqtədə öz maşınlarını elektrik enerjisi ilə təmin edən aparatlardan yararlanırlar. 2021-ci ildə bir YDM-də maksimum gücü illik 39,6 kilovatt, 2023-cü ildə isə gücü 28 kilovatt olan günəş panelləri stansiyası quraşdırılaraq istismara verilib. Hər iki stansiyada istehsal olunan 74 min kilovat/saat elektrik enerjisi müəssisənin daxili tələbatı üçün istifadə edilib. Hazırda şirkətin 4 obyektində analoji olaraq, illik gücü 1,7 meqavatt təşkil edəcək stansiyaların qurulması üzrə layihələndirmə işləri aparılır.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























