9 ayda Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 4,5 milyard manat təşkil edib
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
Bu barədə Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin xərcləri 25 milyard 174,3 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 42,2 milyon manat (0,2 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 63,3 faizini təşkil edir.
2024-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi xərclərinin 15 milyard 459,7 milyon manatı və ya 61,4 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 341,3 milyon manat və ya 9,5 faiz çox), 8 milyard 419,1 milyon manatı və ya 33,4 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,7 milyon manat və ya 0,4 faiz çox), 1 milyard 295,5 milyon manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 581,8 milyon manat və ya 1,8 dəfə çox) yönəldilmişdir.
2024-cü ilin yanvar-sentyabr aylarında funksional təsnifata uyğun olaraq səhiyyə xərcləri 113,8 faiz icra edilməklə 1 milyard 405 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 104,3 faiz icra edilməklə 3 milyard 83,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 101,5 faiz icra edilməklə 4 milyard 509,9 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 108,5 faiz icra edilməklə 3 milyard 361,1 milyon manat, təhsil xərcləri 97,6 faiz icra edilməklə 2 milyard 931,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 97,5 faiz icra edilməklə 1 milyard 941,9 milyon manat, iqtisadi fəaliyyət xərcləri 97,3 faiz icra edilməklə 5 milyard 592,3 milyon manat, kənd təsərrüfatı xərcləri 87,9 faiz icra edilməklə 665,2 milyon manat, ətraf mühitin mühafizəsi xərcləri 86,6 faiz icra edilməklə 215,5 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 83,3 faiz icra edilməklə 316,5 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 73 faiz icra edilməklə 177 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 94,8 faiz icra edilməklə 974,6 milyon manat təşkil etmişdir.
2024-cü ilin doqquz ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 64,6 faizi və ya 3 milyard 137,6 milyon manatı sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 61,4 faizi və ya 1 milyard 728,9 milyon manatı istifadə olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
-
21 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
1 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
1 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















