Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da və Böyük Britaniyada dərc olunacaq statistik məlumatlar ərəfəsində GBP/USD valyuta cütlüyündə üfüqi tendensiya davam edir. Ötən gün əzrində cütlük 1.3102 həddinə qədər bahalaşsa da, sonra bir qədər ucuzlaşıb və hal-hazırda 1.3070 səviyyəsində ticarət olunur. Ümumiyyətlə, dollar major valyutaları təzyiq altında saxlamağa davam edir. Analitiklər isə sabah Avropa Mərkəzi Bankının faiz qərarını maraqla gözləyirlər.
Dünən Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) verdiyi məlumata əsasən, ölkədə avqust ayında İşsizlik Səviyyəsi 4.0% təşkil edib. Həmçinin, Birləşmiş Krallıqda bonuslar hesablanmadan ortalama əmək haqları avqust ayında illik 4.9%, bonuslar nəzərə alınmaqla isə ortalama əmək haqları 3.8% artıb.
Neft 75$ səviyyəsinin üzərində möhkəmlənməyə calışır. Qızıl isə yenə də 2666$-dan baha ticarət olunur. ABŞ mətbuatında qeyd olunur ki, ölkə prezidenti Co Baydenin administrasiyası son nəsil çiplərin ixracına məhdudiyyətlərin tətbiqi imkanlarını müzakirə edir. Bunun fonunda, texnologiya sektoruna təzyiq artıb və “Nvidia” və “Advanced Micro Devices” kimi şirkətlərin səhmləri ucuzlaşır.
Eləcə də, Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (ZEW) çərşənbə axşamı təqdim etdiyi məlumatlara əsasən, oktyabr ayında Almaniyada iqtisadi əhval-ruhiyyə proqnoz olunandan daha çox yaxşılaşıb. Belə ki, ölkədə İqtisadi İnkişaf Proqnozu İndeksi oktyabr ayında 3.6 bənddən 13.1 bəndədək yüksəlib, Cari Vəziyyət İndeksi isə -84.5 bənddən -86.9 bəndədək enib. Ekspertlər göstəricilərin müvafiq olaraq 10.2 bənd səviyyəsinə qədər yüksələcəyini və -84.5 bənd səviyyəsində qalacağını ehtimal edirdilər.
Avrozonada İqtisadi İnkişaf Proqnozu İndeksinin oktyabr ayında 9.3 bənddən 16.9 bəndədək yüksələcəyi proqnoz olunsa da, göstərici 20.1 bəndədək yüksəlib. Əlavə olaraq, Avrozonada aylıq ifadədə sənaye istehsalı avqust ayında 1.8% artıb, illik müqayisədə isə artım 0.1% təşkil edib. Analitiklər göstəricinin aylıq ifadədə 1.7% artacağını və illik ifadədə 1% azalacağını proqnozlaşdırırdılar.
Bugün investorlar Böyük Britaniyada açıqlanacaq inflyasiyaya dair məlumatları diqqətlə izləyəcəklər. Analitiklərin fikrincə Birləşmiş Krallıqda istehlak qiymətləri avqust ayı ilə müqayisədə sentyabr ayında aylıq ifadədə 0.1%, illik ifadədə 1.9% artıb. Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da İxdal Qiymətləri İndeksi və İxrac Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 54 d. əvvəl
- 56 d. əvvəl
-
-
1 saat əvvəl
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
-
1 saat əvvəl
Novruzda hərəkətsiz qalmayın: Decathlon Bakıda sizi gözləyir
-
1 saat əvvəl
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayram günlərinin hava proqnozu açıqlanıb
Martın 20-də gözlənilən hava şəraiti
Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk
"Bank Respublika" Avropa bankı ilə kredit müqaviləsi imzaladı
Qızılın unsiyasının qiyməti 4800 dollardan da aşağı düşdü
Avropada qazın qiyməti 2022-nin dekabrından bəri ilk dəfə 1000 kubmetr üçün 890 dolları keçib
Ən çox oxunanlar
Apple-ın Çində smartfon satışları 23% artıb
5-ci "KOB evi" Gəncədə istifadəyə verildi
Azərbaycan neftinin son qiyməti - 118 dollara yaxınlaşıb
Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
Azərbaycandan keçməklə Ermənistana daha 7 vaqon taxıl yola salınıb
Ziraat Bank Azərbaycan “Qlobal Pul Həftəsi 2026” çərçivəsində maarifləndirici tədbir təşkil edib
Bu kredit “gəl-gəl” deyir! – EXPRESSBANKDAN TƏKLİF


















