Azərbaycanın iqtisadi artım məlumatları açıqlandı
Azərbaycan iqtisadiyyatı 4,7 faiz artıb.Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-sentyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri neft-qaz sektorunda isə 7,1 faiz artmışdır.
ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olmuşdur
Sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.
Sənaye məhsulunun 64,0 faizi mədənçıxarma sektorunda, 30,2 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,2 faiz artmışdır.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 53,4 faiz, əczaçılıq məhsullarının istehsalı 47,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 42,9 faiz, hazır metal məmulatlarının istehsalı 38,1 faiz, mebel istehsalı 35,8 faiz, elektrik avadanlıqlarının istehsalı 34,1 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 23,0 faiz, tikinti materiallarının istehsalı 22,9 faiz, içkilərin istehsalı 19,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 19,2 faiz, tütün məmulatlarının istehsalı 12,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 9,6 faiz, kağız və karton istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 7,0 faiz, neft məhsullarının istehsalı 2,8 faiz artmış, geyim istehsalı 0,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 1,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,6 faiz, sair sənaye məhsullarının istehsalı 7,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 10,4 faiz, poliqrafiya məhsullarının istehsalı 23,1 faiz, maşın və avadanlıqların istehsalı 40,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,1 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 21 d. əvvəl
-
- 23 d. əvvəl
-
40 d. əvvəl
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən il 3,6 milyard dollar qazanc gətirib
-
57 d. əvvəl
Ötən il Azərbaycan Dəmir Yolları 10 milyondan çox sərnişin daşıyıb - 20 FAİZ ARTIM
-
1 saat əvvəl
Stomatoloqların kütləvi etirazı: TƏBİB 1140 həkimi ixtisar etmək istəyir
-
1 saat əvvəl
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
- 1 saat əvvəl
-
1 saat əvvəl
BYD-dən taksi operatorları və avtomobil parklae üçün yeni marka: Linhui
-
1 saat əvvəl
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb
Yanvarın 10-da gözlənilən hava şəraiti
Google-dan tarixi dəyişiklik: Gmail-də 20 ilin ən böyük yeniliyi
Ən çox oxunanlar
ING: AMB 2026-cı ilin I rübündə uçot dərəcəsini 6,75 % saxlayacaq
Bank aviabilet alışı üzrə tender elan edir
Aktiv ƏDV ödəyicilərinin sayı 10 faizdən çox artıb
Bayram möcüzəsini paylaşdıq: “Soyuq Əllər, İsti Ürək” yarmarkasında “Coca Cola” ilə unudulmaz anlar
Əmək müqavilələrinin sayı artır
Böyük bankdan qızılın qiymətilə bağlı proqnoz: 5 min dollar üçün tarix verdi və investorlara xəbərdarlıq etdi










.jpg)










