Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəsini genişləndirir
Trendyol oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib.(®) Dünyanın aparıcı elektron ticarət platformalarından biri və Türkiyənin aparıcı e-ticarət platforması Trendyol oktyabrın 9-da Bakıdakı ofisinin açılışını edib. Bu addım “Trendyol”un Azərbaycan bazarına sadiqliyini və inamını nümayiş etdirir.
“Biz qardaş ölkə olan Azərbaycanda çox qısa müddət ərzində əlamətdar uğurlara imza ata bildik. Ortaq mədəni irsi paylaşmağımız, bu ölkənin gücünə və potensialına güclü inamımız sayəsində biz özümüzü burada hər zaman evimizdə kimi hiss edirik”, - deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib.
Azərbaycan bazarına daxil olduğu 2023-cü ildən etibarən Trendyol ölkədə ən çox yüklənən və ən çox istifadə edilən e-ticarət platformasına çevrilib. Cəmi 18 ay ərzində Trendyol 2 milyona yaxın müştəri qazanıb.
“Beynəlxalq bazarlara doğru genişlənməmizin əvvəlindən başlayaraq Azərbaycanda rəqəmsal ekosistemin inkişafına əhəmiyyətli töhfə verməklə, fəaliyyət göstərdiyimiz ölkənin potensialını kəşf etmək bizim üçün önəmli idi. Biz bu dinamik bazarda böyük potensial görürük və azərbaycanlı müştərilərimizə və tərəfdaşlarımıza daha innovativ həllər, xidmətlər və imkanlar təklif etməkdən məmnunuq”, - deyə Erdem İnan bildirib. “Trendyol olaraq biz Azərbaycanla inkişaf edən elektron ticarətə töhfə verməyə çalışırıq. Bakı ofisinin dəstəyi və Azərbaycanda fəaliyyətimizi gücləndirməklə 2028-ci il üçün hədəfimiz ticarət həcmini 1 milyard dollara çatdırmaq, 60 milyon məhsul satmaq və 3 milyon müştərini əhatə etməkdir”, - deyə Erdem İnan əlavə edib.
Trendyol şirkəti PAŞA Holdinq ilə strateji tərəfdaşlığa imza atıb. “PAŞA Holdinq”in müxtəlif sektorlardakı geniş bazar təcrübəsini və “Trendyol”un texnologiya, logistika və istehsal sahəsindəki güclü tərəflərini birləşdirərək, bu əməkdaşlıq Türkiyə ilə Azərbaycan arasında rəqəmsal körpünün yaradılmasına, eləcə də Azərbaycanda elektron ticarət ekosisteminin inkişafına töhfə verir.
“Trendyol kimi oyunçuların bizim iqtisadiyyata daxil olması və bu şirkətlə əməkdaşlıq etmək bizim üçün həqiqətən qürurvericidir. Şirkəti yeni ofisinin açılması münasibəti ilə təbrik edirik və əməkdaşlığımızın uğurlu olacağına inanırıq”, - deyə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov bildirib.
Azərbaycanda rəqəmsal ekosistemi daha da inkişaf etdirmək üçün Trendyol müxtəlif tərəfdaşlara rəqəmsallaşma üzrə hərtərəfli təlim proqramları təqdim edəcək.
Trendyol müxtəlif biznes nümayəndələri, inkişaf tərəfdaşları və dövlət qurumları ilə əməkdaşlıq edərək rəqəmsallaşma, qadınların səlahiyyətləndirilməsi və keyfiyyətli təhsilin dəstəklənməsinə yönəlmiş mühüm sosial layihələrə də start verib.
Dayanıqlıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk Türk e-ticarət şirkəti olan Trendyol, həmçinin Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək ki, bu da qlobal istiləşmə ilə mübarizə üzrə gələcək öyrənmə və kollektiv səylər üçün mühüm imkan yaradacaq. COP29-a hazırlıq dövründə Trendyol bir sıra maarifləndirmə təşəbbüslərində fəal iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
13 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
13 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!






















