"Trendyol" Azərbaycan ilə bağlı hədəflərini açıqladı - 1 milyard dollarlıq dövriyyə, 3 milyon müştəri, 60 milyon məhsul
"Azərbaycanın dinamikasına, gələcəyinə və potensialına inandığımız üçün bu bazara addım atmışıq. Azərbaycanda elektron ticarət bazarının böyüməsi ilə birlikdə biz də rəqəmsal ekosistemə öz dəstəyimizi göstərəcəyik".
Marja.az xəbər verir ki, bunu "Trendyol"un Bakı ofisinin açılışından sonra keçirilmiş mətbuat konfransında "Trendyol"un Baş İcraçı direktoru Erdem İnan bildirib.
O çıxışında, "Bu yola "PAŞA Holdinq" ilə çıxarkən, "PAŞA Holdinq"in Azərbaycanda fərqli sahələrdəki böyük təcrübəsini və "Trendyol"un texnologiyasını, logistikasını və satış təcrübəsini birləşdirdik və bu gün müsbət nəticələrini görməkdəyik. "Trendyol" daxil olduğu bazarlara yalnız məhsullar satmaq üçün baxmır, həmin bazarlarda rəqəmsal ekosistemin bir hissəsi olmağı, aparıcı bir qüvvəsinə çevrilməyi, irəli aparmağı hədfləyir", - deyib.
Erdem İnan qeyd edib ki, hazırda Azərbaycanın elektron ticarət bazarının həcmi illik 2 milyard dollardır:
"Azərbaycanın elektron ticarət bazarının həcminin 2030-cu ilədək illik orta hesabla 13% artacağını gözləyirik. Azərbaycan hələ e-ticarət yolunun başlanğıcındadır. "PAŞA Holdinq" ilə birlikdə çalışaraq bir çox həlli, məhsulu, xaricdə qazandığımız təcrübələri Azərbaycan bazarına gətirəcəyik. 2028-ci ildə Azərbaycanda 1 milyard dollarlıq ticarət həcmi yaratmağı, 3 milyon müştəriyə illik 60 milyon ədəd məhsulu çatdırmağı hədəfləyir. Bu hədəflərə nail olmaq üçün rəqəmsal ekosistemin bütün iştirakçıları - müştərilər, satıcılar, media agentlikləri, influserlər, logistika tərəfdaşlarımız, finteklər, banklar ilə birlikdə çalışacağıq".
Xəbər verdiyimiz kimi, bu gün Bakıda Türkiyənin onlayn- alış-veriş platforması "Trendyol"un nümayəndəliyi açılıb. E-ticarət nəhənginin Bakı nümayəndəliyi "Crescent" biznes mərkəzində yerləşir. Ofisin açılmasının Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artmasına, müştəri məmnuniyyətinin yüksəlməsinə, yerli logistika şirkətlərinin işinə müsbət töhfəsini verəcəyi gözlənilir.
Qeyd edək ki, "Trendyol"un Azərbaycanda tərəfdaşı "PAŞA Holdinq"dir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























