Azərbaycan startapı Nextool qlobal miqyasda səs salır!
Təsisçisi azərbaycanlı gənclər olan Nextool şirkəti qısa müddətdə qlobal texnologiya bazarında böyük uğur qazanaraq “Yahoo Finance” və “Business Insider” kimi nüfuzlu media orqanlarında yer alıb.
Cəfər Nəcəfov və Aqil Zeynalov tərəfindən qurulan şirkət hazırda 10 mindən çox süni intellekt (AI) alətini təqdim edən ən böyük kataloqlardan biridir.
Layihə istifadəçilərin ehtiyaclarına uyğun AI alətlərini tapmalarını təmin edərək onları daha əlçatan edir.
Nextool-un həmtəsisçisi Cəfər Nəcəfov qeyd edib ki, başlanğıcda sadəcə Google Sheet vasitəsilə müxtəlif AI alətlərini toplayıblar:
“Sonra bu informasiyaları bir platformada yığmaq ideyası yarandı və beləliklə Nextool-u qurduq”.
Nextool platformanın inkişafı üçün 1 milyon ABŞ dolları həcmində investisiya cəlb etmək mərhələsindədir. Bu maliyyə dəstəyi platformanın istifadəçi təcrübəsini artırmaq, iOS və Android mobil tətbiqlərinin hazırlanması, eləcə də bazarın genişlənməsi istiqamətində istifadə ediləcək.
Digər həmtəsisçi Aqil Zeynalov isə bildirib ki, bu maliyyələşmə mərhələsi Nextool-un abunəçilər bazasını genişləndirmək və yeni bazarlara çıxmaq üçün vacibdir: "Yığacağımız investisiya ilə qlobal səviyyədə istifadəçi sayını artırmaq və AI alətlərini hər kəs üçün əlçatan etmək niyyətindəyik”.
Nextool hazırda ingilis və ispan dillərində fəaliyyət göstərir və yaxın aylarda türk, çin və fransız dillərini də əlavə etməyi planlaşdırır. Bu, platformanın daha geniş auditoriyaya çıxmasına və AI texnologiyasını hər kəs üçün daha əlçatan etməsinə kömək edəcək.
Bundan əlavə, Nextool-un həftədə iki dəfə 100 minə yaxın abunəçisinə AI sahəsində son yenilikləri çatdıran xüsusi "newsletter" xidməti mövcuddur. "Hubspot" və "Fiverr" kimi dünya şöhrətli şirkətlər Nextool-un müştəriləri sırasındadır.
Azərbaycanın qlobal səviyyədə tanınan bu innovativ startapı haqqında daha ətraflı məlumat əldə etmək və Nextool-un uğur hekayəsinə şahid olmaq üçün Nextool rəsmi saytına baş çəkə bilərsiniz.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























