Üçüncü CulTech Hakatonu keçiriləcək!
Mədəniyyət və texnologiyanın birləşdiyi Yaradıcı Platforma. CulTech hakatonu mədəniyyət sahəsində çalışmaq istəyən gənclərin öz kreativ bacarıqlarını nümayiş etdirmələri üçün unikal imkandır.12-13 oktyabr 2024-cü il tarixlərində Azərbaycanda üçüncü dəfə keçiriləcək CulTech hakatonu mədəniyyət və texnologiya sahələrini bir araya gətirərək yaradıcı sənayelərdə qarşıya çıxan problemlərə innovativ həll yolları tapmağı hədəfləyir.
Bu tədbir mədəniyyət sahəsində çalışmaq istəyən gənclərin və komandaların öz kreativ bacarıqlarını nümayiş etdirmələri üçün unikal imkan yaradır.
CulTech hakatonu 48 saat davam edəcək intensiv iş zamanı iştirakçıları peşəkar mentor dəstəyi ilə təmin edərək onların məhsul ideyalarını prototip mərhələsinə qədər inkişaf etdirmələrinə dəstək verəcək. Bu müddət ərzində komandalar mədəniyyət sahəsindəki aktual problemləri həll etməyə çalışacaq və hazırladıqları innovativ layihələri tədbirin sonunda münsiflər heyətinə təqdim edəcəklər.
Tədbirin sonunda münsiflər heyəti tərəfindən ən yaxşı layihələr seçiləcək və üç qalib komanda elan ediləcək. Qaliblərə həvəsləndirici hədiyyələr təqdim olunacaq:
- 1-ci yer: Samsung Galaxy Tab A9 planşeti
- 2-ci yer: JBL Tune 720 simsiz qulaqlığı
- 3-cü yer: Smartwatch
Hakaton mədəniyyət sahəsində kreativ həllərə yönəlmiş iştirakçılara müxtəlif sahələrdən peşəkarların köməyi ilə layihələrini gerçəkləşdirmək üçün əvəzsiz imkanlar təqdim edəcək.
Təşkilatçılar və dəstəkçilər: CulTech hakatonu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə həyata keçiriləcək. Tədbir “SUP.VC” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
- Tarix: 12-13 oktyabr 2024
- Məkan: Yaradıcı Mərkəz (Mehdi Mehdizadə küçəsi 29, Xətai rayonu, Bakı)
Müraciət üçün link:https://forms.gle/DkWrqMb2eJqEKtvY6
Əlaqə: [email protected]
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
-
4 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
9 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 21 d. əvvəl
- 23 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















