Böyük maraqla qarşılanan Azərbaycan startapı iş adamlarından təcili dəstək istəyir
"1 milyonluq mükafatı udmaq üçün qarşımızda dayanan tək əngəl maddi problemdir. Xaricdə və Azərbaycanda yaşayan iş adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə heç bir maneə qalmayacaq və biz "unicorn" şirkətə çevrilmə istiqamətində sürətli addımlar atacağıq".Azərbaycanı dünyada keçirilən müxtəlif elm, texnologiyalar və startap müsabiqələrində təmsil edən "SkyBee" dron komandası son zamanlar qazandığı uğurlar səbəbi ilə ABŞ-da keçiriləcək Dünya Startap Kubokunun "Grand Final" mərhələsinə dəvət olunub. Startap komandası son 1 il ərzində göstərdiyi uğurlu fəaliyyəti ilə bağlı dünyadan bir çox şirkətin və investorların diqqətini öz üzərinə cəlb edib. Burada komandanın Londonun, Budapeştin və Varşavanın startap eko-sistemlərində göstərdiyi performanslar və ən son Pakistanın Lahore şəhərində regional çempionatda qazandığı birincilik faktoru xüsusi rol oynayır. Komanda Amerika və Mərkəzi Avropa ölkələrindən olan investorlardan onların eko-sistemlərində şirkət qurmaq şərti ilə investisiya təklifləri alıblar.
“SkyBee” startapının təsisçisi Tural İsmayılzadə Marja.az-a bildirib ki, ABŞ-da keçiriləcək Dünya Startap Kubokunda 1 milyon dollar dəyərində mükafatı udmaq üçün qarşımızda dayanan tək əngəl maddi problemdir. O, Dünya kubokuna vəsiqə qazanan komandamız iş adamlarını onlara dəstək verməyə çağırır: "Bizə qısa müddət ərzində dəstək verilməsini istəyirik".
Tural İsmayılzadə qeyd edib ki, komanda bu mərhələyə gəlmək üçün 3 il sərf edib:
"Bugün həyatımızın bəlkə də ən kritik dönəmindəyik. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə heç bir maneə qalmayacaq və biz "unicorn" şirkətə çevrilmə istiqamətində sürətli addımlar atacağıq. Bu təkcə bizim deyil, region gənclərinin də gələcəyinə güclü təsir edəcək. Bizim müsabiqəyə qatılmaq üçün sadəcə 6 gün vaxtımız var. Viza və təyyarə biletlərin alınmasının, çap məhsullarının hazırlanmasının və müsabiqəyə hazırlaşmağın müəyyən bir vaxt aldığını nəzərər alaraq bizim proseslərə təcili başlamağımız lazımdır. Biz əlimizdə olan bütün resursları həm dronun hazırlanmasına və sınağına, həm də Pakistanda keçirilən beynəlxalq müsabiqəyə qatılmağa sərf etmişik. Bizim Amerikaya olan səfərimizin maddi cəhətdən qarşılanması lazımdır. Bu səbəblə xaricdə və Azərbaycanda yaşayan iş adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Biz müsabiqədə ölkəmizin bayrağını yüksəldəcəyimizə əminik. Bunu daha öncə də etdik, bir ay öncəki nəticələrimiz göz önündədir.
Bizim dünyada tanınan iş adamlarımız var. Onların Azərbaycan gənclərinə etdiyi müxtəlif dəstəkləri dəfələrlə görmüşük. Bu səbəbdən layihəmizin həm dünya, həm ölkəmiz üçün əhəmiyyətini, həm də startapımız üçün kritik dönəm olmasını nəzərə alaraq, 2 gün ərzində bizə dəstək vermələrini rica edirik. Bizə dəstək veriləcəyi təqdirdə hazırladığımız dron prototipinin ABŞ-ın San-Fransisko şəhərinə aparılması istiqamətində aidiyyatı üzrə dövlət qurumlarının da xüsusi həssaslıq göstərməsini və dronun müsabiqədə iştirakının təmin edilməsini xahiş edirik”.
Dəstək göstərmək istəyən iş adamları [email protected] elektron poçt ünvanı və ya skylifeindustry.com saytı vasitəsilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, SkyBee vəhşi arı ailələrinin kütləvi ölümü nəticəsində təbii tozlandırma prosesinin pozulması və məhsuldarlığın aşağı düşməsi halları ilə mübarizə aparan dronlarla süni tozlandırma startapdır. BMT-nin statistikasına görə, 1992-ci ildən bugünə qədər bütün dünyada 85% vəhşi arı ailələrinin və digər həşaratların ölümünü nəzərə alarsaq, startapın dünya üçün çox böyük əhəmiyyət kəsb etdiyini görmək olar. Startapın apardığı tədqiqatlar bir çox ölkədə, o cümlədən Macarıstanda, İngiltərədə, Polşada, Braziliyada və ən son Pakistanda böyük maraqla qarşılanmışdır.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
5 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
5 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Ən çox oxunanlar
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb










.jpg)








