Prezident “Tufan” gəmisi ilə tanış oludu
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub və növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə Gəmi İnşası və Təmiri Mərkəzində görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində indiyədək “Şahdağ” tipli 6, “Tufan” tipli 4 sərhəd gözətçi gəmisi inşa olunub. 2016-cı ilin avqustunda DSX Sahil Mühafizəsinin “Tufan” tipli sərhəd gözətçi gəmilərindən biri Rusiya Federasiyasının Həştərxan şəhərinə dostluq səfəri edib, “Dənizdə qanunsuz tədbirlərə qarşı əks-tədbirlər, həmçinin Xəzər dənizi hövzəsində yaranmış müxtəlif şəraitlərdə reaksiya göstərilməsi üzrə birgə hərəkətlərin işlənilməsi” mövzusunda sərhəd təliminə qatılıb. Bu ilin avqustunda isə “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində qaçaqmalçılıq, qeyri-qanuni ticarət, mütəşəkkil cinayətkarlıq və enerji infrastrukturuna qarşı terror-təxribat aktlarının qarşısının alınması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən axtarış əməliyyatları keçirməklə terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda döyüş atışlı taktiki sərhəd təlimləri keçirilib. Taktiki təlimə cəlb olunmuş gəmilərin əksəriyyəti Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı əsasında yaradılmış Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilib.
Dövlətimizin başçısı növbəti “Tufan” tipli sərhəd gözətçi gəmisinin təməlini qoyub.
Prezident İlham Əliyevə Dövlət Sərhəd Xidmətinin yeni xüsusi təyinatlı döyüş texnikası, silah və sursatları haqqında məlumat verildi. Burada nümayiş olunan hərbi texnika arasında Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan “Zərbə” K-1 döyüş başlıqlı pilotsuz uçuş aparatı, “Kobra” döyüş maşını üzərində quraşdırılmış məsafədən idarə olunan və 8 kilometr məsafədə düşmənin canlı qüvvəsini və zirehli texnikasını məhv etmə qabiliyyətinə malik “Lahat” sistemi döyüş modulu, “ZTR-70” üzərində quraşdırılmış avtomatlaşdırılmış hədəfə yönləndirmə sisteminə malik olan yüksək dəqiqlikli 120 millimetrlik minaatan qurğusu, dövlət sərhədinin mühafizəsində istifadə təyinatlı hərəkətə həssas avadanlıqlar, radarlar və müşahidə qurğuları, snayper tüfəngləri, optik təyinatlı nişangah və cihazlar, daşınan lazer hədəf göstəriciləri var.
Azərbaycan Sərhəd Mühafizəsinin xidməti-döyüş fəaliyyətinin formalaşdırılması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində isə Azərbaycan sərhədçilərinin xidməti-döyüş fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoyub, bu xidmət ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunub. Bu gün əminliklə söyləmək olar ki, sərhədçilər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə istənilən tapşırığı yerinə yetirmək iqtidarındadır.
Sonra Prezident İlham Əliyev “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə yaxından tanış oldu. Su tutumu 470 ton olan gəmi mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu, həmçinin Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən itisürətli qayıqla təchiz edilib. Uzunluğu 62 metr olan sərhəd gözətçi gəmisinin dəniz şəraitində göyərtəsinə helikopterin enməsi də mümkündür. Yeni gəmidən dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələrin icrası zamanı istifadə ediləcək.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb









.jpg)











