Çindən avtomobil istehsalçılarına çağırış: Texnologiyanı xaricə çıxarmayın
Bloomberg-in məlumatına görə, Çin administrasiyası avtomobil istehsalçılarını qabaqcıl elektromobil texnologiyalarının ölkə daxilində qalmasını təmin etməyə çağırıb.Çin administrasiyası avtomobil istehsalçılarını qabaqcıl elektromobil texnologiyalarının ölkədə qalmasını təmin etməyə çağırıb.
Marja xəbər verir ki, Bloomberg-ə danışan mənbələr, avtomobilin mühüm hissələrinin Çində istehsal edilməsinin və son montaj mərhələsi üçün istehsalın aparıldığı ölkələrə göndərilməsinin tələb olunduğunu bildirib.
Bu çağırış, BYD və Chery kimi şirkətlərin İspaniyadan Tayland və Macarıstana qədər bir çox ölkədə fabriklər qurmaq planlarını gücləndirdiyi bir vaxta təsadüf edib.
Çinin aparıcı elektrik avtomobil istehsalçısı BYD iyul ayında Türkiyəyə milyard dollarlıq investisiya üçün müqavilə imzalamışdır. BYD rəsmilərinin açıqlamalarda, investisiya ilə qurulacaq zavodun illik 150 min avtomobil gücünə malik olacağı qeyd edilib. Eyni zamanda şirkətin Türkiyədə araşdırma və inkişaf mərkəzinin yaradılması nəzərdə tutulur. Zavodda 8-12 modelin istehsal edilməsi planlaşdırdılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
Dövlət Neft Fondu “BlackRock” və onun şirkətilə niyyət protokolu imzaladı
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Dünyanın ən böyük mədənçilik şirkətinin yaradılması məqsədilə danışıqlar aparılır
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Geosiyasi gərginliyin artması fonunda qızılın qiyməti 2% də yüksəldi - 4800 DOLLARA YAXINLAŞIR
İlham Əliyev Qətərin Baş naziri ilə görüşüb
Azərbaycanın iri bankı səhmlərinin bir hissəsini kütləvi şəkildə investorlara təklif edəcək - İPO
İlham Əliyev Avropa Bankının prezidenti ilə görüşüb
Ən çox oxunanlar
Tarixdə ilk dəfə gümüşün qiyməti 95 dolları keçib
"Revolut" Dünyanın ən sürətlə böyüyən markasıdır
NVIDIA dünyanın 5-ci ən dəyərli markası oldu - Marka dəyəri 110% artaraq 184 milyard dolları keçib
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb























