33 mindən artıq investordan 49 minə yaxın sifariş - ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı

10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb.
Bankdan Marja.a-a verilən məlumata görə, “ABB səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor 49 min ədədə yaxın sifariş yerləşdirib.
"Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir", - məlumatda deyilir.
Qeyd edilib ki, bütün kanallar (ABB mobile tətbiqi, bank filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq.
Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə aşağıdakı ardıcıllıqla aparılacaq:
1) Üstünlük hüququna malik səhmdarların üstünlük hüququ üzrə onların payına düşən səhmlərin alınması üzrə verilmiş sifarişləri icra ediləcək;
2) Yerdə qalan bütün sifarişlər, o cümlədən üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq.
Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara təqdim olunacaq.
Abunə yazılışı dövründə investorlar tərəfindən sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə, eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin emissiyasının anderrayteri olan “ABB İnvest” və ölkəmizdəki digər investiya şirkətləri vasitəsilə təqdim edilib.
ABB ölkənin və regionun ən gəlirli kommersiya qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125 milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 14 d. əvvəl
- 17 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
15 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 15 saat əvvəl
-
15 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
