Azərbaycan neftin bahalaşması üçün azı 640 milyon dollardan imtina etdi
Xəbər verdiymiz kimi, ötən şənbə günü Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin görüşü keçirilib. Görüşdə OPEC-ə üzv olmayan 11 ölkə iştirak edib. Bu ölkələrin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə razılıq əldə olunub. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib. Rusiya isə hasilatı gündəlik 300 min barel azaltmağa razılaşıb.
2015-ci ildə Azərbaycanda 41,69 milyon ton neft və qaz-kondensat hasil edilib. 2014-cü ildə isə hasilat 41,9 milyon ton neft və kondensat olmuşdu.
1 ton təxminən 7,3 bareldir (ölkələrə görə cüzi dəyişə bilər. 1 litr 0,88 kq. 1 barel (159 litr)=140 kq).
Azərbaycanın gündəlik neft hasilatını azaltması illik hasilatın təxminən 1,7 milyon ton azalmasına və illik 40 milyon tona düşməsinə səbəb ola bilər.
Azərbaycan neftinin qiymətinin 50 dollar civarında olmasını nəzərə alsaq hasilatın gündəlik 35 min barel azaldılması neft gəlirinin gündəlik azı 1,75 milyon dollar, illik isə 640 milyon dollara yaxın azalması səbəb olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 27 d. əvvəl
- 41 d. əvvəl
-
-
48 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib




























