Bakının yaxşı bir yerində Özbəkistan üçün 5-10 hektar ərazi ayrılacaq
"Biz İlham Heydər oğlu ilə razılaşdıq, mən təklif etdim ki, həm Bakıda, həm də Daşkənddə bizimki kimi bir məkan tikməyə başlayaq. Yəqin bilirsiniz ki, biz Səmərqənddə “əbədi şəhər”ə bənzər “əbədi şəhər” tikmişik. Hətta soruşdum ki, neçə hektar tələb olunur: bizə minimum 5 hektar lazımdır, 10 hektar varsa, ondan da yaxşı olar. Yaxud hər cür şərait yaradın. Bakıda özbək torpağı, Daşkənddə isə Azərbaycan torpağı olacaq. Ona görə düşünürəm ki, bu gün iş adamlarımız da öz təkliflərini verəcəklər. Artıq bunu etmək istəyən iş adamları var. Yəni, sizə lazım olan bütün şəraiti yaradacağıq".
Marja xəbər verir ki, bunu Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxışı zamanı Özbəkistan Prezidenti deyib.
Azərbaycan Prezidenti İlham Əliyev təklifi tam dəstəklədiyini bildirib:
"Bakıya qayıdandan sonra, həmçinin şəhər meriyasına yaxşı bir yerdə 5-10 hektar ərazi ayırmağı tapşıracağam və Şavkat Miromonoviçin Bakıda Özbəkistan guşəsinin, Daşkənddə isə Azərbaycan guşəsinin yaradılması təklifini tam dəstəkləyirəm. Onlar həm bizim mədəniyyətimizi, həm adət-ənənələrimizi, həm də memarlığımızı təcəssüm etdirəcək. Beləliklə, biz də bu məsələnin üzərində fəal işləyəcəyik. Yaxın vaxtlarda belə bir yer seçəcəyik".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























