Dünya nəhəngi “Jeep” əl dəyişdirir
Çinin avtomobil istehsalçısı "Great Wall", "Fiat Chrysler Automobiles" (FCA) ilə "Jeep" üçün danışıqlar aparır. “Marja” xəbər verir ki, Çin şirkəti məqsədin, "Jeep" brendi ilə birlikdə qlobal bazarlara daha sürətli giriş etmək olduğunu vurğulayıb.
"Great Wall", "Jeep" ilə bərabər FCA-nın kommersiya avtomobilləri markası "Ram" ilə də maraqlanır. Ancaq "Great Wall"ın əsl hədəfinin "Jeep"i almaqla 2020-ci ilə qədər "dünyanın ən böyük SUV istehsalçısı" olmaqdır.
Çinin ən böyük SUV istehsalçılarından olan "Great Wall" keçən il 1.1 milyon ədəd avtomobil satmışdır. "Jeep" markasının həmin dövrdəki satışları isə 1.4 milyon ədəd təşkil edib.
"Fiat Chrysler"in İcraçı direktoru Sergio Marchionne, FCA-nın ortaqlıqlara və təkliflərə açıq olduğunu bildirmiş və rəqabətin intensivləşdiyi bu dövrdə tək başına ayaqda qalmalarının çox çətin olduğunu, araşdırma və marketinq xərcləri səbəbilə böyük bir tərəfdaşa ehtiyac duyduqlarını ifadə etmişdi.
Çinli istehsalçılar, dünya bazarlarına daha geniş və rahat çıxmaq üçün qlobal oyunçuları satın almağa üstünlük verirlər. Belə ki, 2010-ci ildə "Geely" "Volvo Cars"ı satın almış, sonra da Malayziyanın "Proton" və İngiltərənin "Lotus" şirkətilə orta olmuşdu.
2011-ci ildə də "Dongfeng Motor Group", Fransız PSA-nın 14%-ni satın almışdı.
BİR ƏFSANƏYƏ ÇEVRİLİB
2-ci Dünya Müharibəsi zamanı "doğulan" və Amerika ordusunun tələb etdiyi vasitələrlə istehsala başlayan "Jeep"in macərası 1941-ci ildəı başlayıb. Əldə etdiyi global uğurla bu gün "Fiat Chrysler" Qrupunun ən mühüm markası olan və marka adı ilə sanki bir əfsanəyə çevrilən "Jeep"in bazar dəyərinin təxminən 25 milyard dollar olduğu təxmin edilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
12 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
18 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
























