Qlobal bazarlar bu gün baş tutacaq çıxışı gözləyir
Dünən ABŞ-da Biznes Aktivliyi İndeksi, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı və Təkrar Daşınmaz Əmlak Bazarında Satışların Həcmi göstəricilərinin müsbət açıqlanması fonunda dollar major valyutalar qarşısında bir qədər bahalaşdı. Lakin, bir müddət sonra major valyutalar, xüsusilə də avro və funt sterlinq, öz mövqelərini bərpa edə bildilər. Hazırda EUR/USD və GBP/USD müvafiq olaraq 1.1126 və 1.3110 səviyyələrində ticarət olunurlar.
ABŞ-da Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeks 54.3 bənd səviyyəsindən 54.1 bənd səviyyəsinə qədər geriləyib. Sənaye sektorunda PMI 49.6 bənddən 48 bəndədək, xidmət sektorunda PMI isə 55 bənddən 55.2 bəndədək dəyişib.
Həmçinin, Amerikada avqustun 17-də bitən həftədə işsizlik müavinəti almaq üçün müraciət edənlərin sayı 232 min nəfərə qədər artıb, iyul ayında təkrar mənzil bazarında ev alqı-satqı əməliyyatlarının sayı isə 1.3% artaraq 3.95 milyona çatıb.
Əlavə olaraq qeyd etmək lazımdır ki, Vayominqdə “Jackson Hole” Simpoziumu davam edir. FED sədri Cerom Pavelin Bakı vaxtı ilə saat 18:00-da orada baş tutacaq çıxışı bazar iştirakçılarının diqqət mərkəzindədir.
Cümə günü səhər dünya birjalarında neftin qiyməti bir qədər artsa da, həftəni enişlə başa vurmağa hazırlaşır. Həftənin əvvəlindən “Brent” markalı neft 2.94%, “WTI” markalı neft isə 4.58% ucuzlaşıb. Eyni zamanda, həftənin əvvəlində “Brent” markalı neftin bir barrelinin qiyməti avqustun əvvəlindən bəri ilk dəfə olaraq 76$ həddindən aşağı düşüb.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















