Rəqəmsal alış-verişin yeni mərhələsi - Mymarket.az
(®) Rəqəmsallaşmanı artıq həyatımızın demək olar ki, hər anında hiss etməyə başlayırıq. Keçmiş zamanlara nəzərən, indi hər şey yeni texnologiyalar sayəsində daha əlçatan və rahat olmuşdur. Bunun ən bariz nümunəsi də ənənəvi alış-verişin artıq yavaş-yavaş yerini onlayn alış-verişə verməsidir.Və bu tendensiya sürətlə genişlənir.Təkcə dünyada deyil, Azərbaycanda da bu dinamikanın şahidi oluruq. İnternet üzərindən məhsul tapmaq və sifariş etmək üçün sadəcə bir neçə dəqiqə və etibarlı bir internet bağlantısı kifayətdir
Azərbaycanda onlayn alış-veriş üçün populyarlıq qazanan platformalardan biri də Mymarket.az-dır. Bu platforma, həm satıcılar, həm də alıcılar üçün mükəmməl bir meydança təqdim edir. Satıcılar, fiziki mağazalara ehtiyac duymadan məhsullarını geniş bir auditoriyaya çatdıra bilərlər, alıcılar isə keyfiyyətli məhsulları sərfəli qiymətlərlə əldə etmək imkanına sahib olurlar.
Mymarket.az Platformasının Üstünlükləri

Mymarket.az sadəcə rahat alış-veriş imkanı ilə məhdudlaşmır. Platforma, müxtəlif kateqoriyalarda elan yerləşdirmək və axtarış etmək imkanı verir. Satıcılar olduqları yeri tərk etmədən məhsullarını elanlar vasitəsilə satışa çıxara bilər, Azərbaycanın dörd bir tərəfindəki potensial müştərilərə çatdıra bilərlər. Alıcılar isə bir platforma vasitəsilə istədikləri məhsulları, keyfiyyətli şəkildə və sərfəli qiymətlə tapa bilərlər.
Mymarket.az-ın təklif etdiyi əsas imkanlardan biri, platformanın partnyorluqlar çərçivəsində istifadəçilərinə xüsusi endirimlər təklif etməsidir. Bu, eyni keyfiyyətdə məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı yaradır.
Bundan əlavə, saytın və mobil tətbiqlərin istifadə rahatlığı da platformanın üstün cəhətlərindən biridir. Sadə və sürətli qeydiyyat prosesi istifadəçilərə qısa zamanda alış-verişə başlamaq imkanı verir.Yəni siz həm mymarket.az saytına daxil olaraq,həm də Play Store və App Store vasitəsilə mymarket.az tətbiqini yükləyərək platformadan istifadə etməyə başlaya bilərsiniz.
Satıcılar Üçün İdeal Seçim
Mymarket.az, online mağazasını qurmaq istəyən sahibkarlar üçün də ideal seçimdir. Platforma, yeni biznes hesablarını ilk 30 gün ərzində pulsuz təqdim edir və VIP elanları daha sərfəli qiymətlərlə yerləşdirmək imkanı yaradır.
Hazırda davam edən "Xoşgəldin" kampaniyası çərçivəsində təqdim olunan güzəştlər:

Böyük biznes sahibləri üçün:
- 100 AZN reklam balansı
- 100$ dəyərində ödənişli tanıtım
- Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı
Kiçik biznes sahibləri üçün:
- 50 AZN reklam balansı
- Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı
Yeni mağaza açanlara:
- 3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə
- Video materiallarla reklam hədiyyə
Əl işi görənlərə:
- 3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə
- Xüsusi əl işlərinin reklamı hədiyyə
Mymarket.az həm öz brendini tanıdaraq məhsullarını satmaq istəyən sahibkarlar,həm də öz istədikləri məhsulları daha rahat və sərfəli şərtlərlə əldə etmək istəyən alıcılar üçün effektiv bir platformadır. Siz də Mymarket.az platformasından istifadə edərək daha rahat alış-veriş təcrübəsini yaşaya bilərsiniz.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat sonra
-
-
6 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
7 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
7 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb





















