OPEC neftə tələbatın artması üzrə proqnozlarını aşağı saldı
OPEC bu il üçün qlobal neft tələbi proqnozunu əvvəlki proqnozu ilə müqayisədə gündəlik 135 min barel azaldıb. Qlobal neft tələbinin bu il ötən ilə nisbətən gündəlik 2 milyon 110 min barrel artaraq 104 milyon 320 min barrelə çatacağı gözlənilir. Qlobal tələbatın 2025-ci ildə isə gündəlik 1 milyon 780 min barrel artaraq 106 milyon 110 min barrelə çatacağı gözlənilir. Bu artım OPEC-in ötən aykı hesabatında proqnozlaşdırdığı artımdan gündəlik 65 min barel aşağı olub.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilin əvvəlindən bəri ilk dəfə olaraq neftə tələbatın artımı ilə bağlı proqnozunu dəyişib - 2024-cü il üçün neftə tələbatın artımı proqnozu gündəlik 135 min barel, 2025-ci il üçün isə 65 min barel azaldılıb.
Marja xəbər verir ki, bu, OPEC-in avqust hesabatında deyilir.
Təşkilatın proqnozuna görə, 2024-cü ildə neftə tələbat gündəlik 2,1 milyon barel, 2025-ci ildə isə 1,8 milyon barel arta bilər. Mütləq ifadədə neftə tələbat 2024-cü ildə gündəlik 104 milyon 320 min barelə, 2025-ci ildə isə 106 milyon 110 min barelə çata bilər.
Təşkilat izah edib ki, proqnozun azalması birinci rübdə və qismən də ikinci rübdə neft bazarının vəziyyəti ilə bağlı cari məlumatların təhlili, həmçinin 2024-cü ildə Çində neftə tələbatın zəifləməsilə ilə bağlıdır.
Bununla yanaşı, OPEC, OPEC+dan kənar ölkələrdən neft hasilatının artımı proqnozunu saxlayıb. Təşkilatın gözlədiyi kimi, 2024-cü ildə bu rəqəm 1,2 milyon barel artaraq 53 milyon barel, 2025-ci ildə 1,1 milyon barel artaraq 54,1 milyon barel olacaq.
OPEC+ məlumatlarına görə, 2024-cü ildə OPEC+ xaricində neft tədarükünün artımında liderlər ABŞ, Kanada və Braziliya, 2025-ci ildə isə eyni ölkələr və Norveç olacaq. Eyni zamanda, tədarükdə ən böyük azalma Anqoladan gözlənilir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
11 d. əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
-
- 31 d. əvvəl
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
