Xəzər Günündə “Sıfır Tullantı” həmrəylik marafonu baş tutdu
(®) Korporativ Sosial Məsuliyyət layihələri ilə vaxtaşırı gündəmə gələn Qırmızı Ürəklər Fondunun budəfəki təşəbbüsü 12 avqust Xəzər Günündə reallaşıb. Belə ki, Fond Kapital Bank-ın 150 illik yubileyi münasibətilə “Sıfır tullantı” Həmrəylik Marafonuna start verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kapital Bank-ın tərəfdaşlığı ilə baş tutan marafon Lənkəran şəhərində həyata keçirilib. Xəzər dənizinin sahilyanı ərazilərinin təmizlənməsinə Kapital Bank-ın Lənkəran-Astara iqtisadi rayonlarını əhatə edən filial şəbəkələrindən 70 nəfər əməkdaş könüllü olaraq qoşulub. Nəticədə ərazi 628 kq həcmində plastik və digər məişət tullantılarından təmizlənib.
Layihənin həyata keçirilməsində məqsəd dəniz sahillərinin, dağ, meşə ərazilərinin tullantılardan təmizlənməsi, cəmiyyətdə ətraf mühitə qarşı həssaslığı artırmaq və ekoloji maarifləndirməni gücləndirməkdir. Marafon çərçivəsində baş tutan tədbirdə fikirlərini bölüşən Qırmızı Ürəklər Fondunun prezidenti Yusif Poladov layihədə iştirak edən təbiətsevərlərə təşəkkür edib. “Bu təşəbbüslər davamlı olmalıdır. Dünyamızın, ölkəmizin bizim və gələcək nəsillərin sağlam gələcəyi üçün həmrəy olmağımız şərtdir. Biz Fond olaraq bu mövzuda olan bütün layihələrdə yer almağa çalışır və hər kəsi ekologiyanın qorunmasına dəstək olmağa, ən azı öz üzərinə düşən məsuliyyəti dərk edərək ətraf mühiti qorumağa çağırırıq”.
Xatırladaq ki, Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası 12 avqust 2006-cı il tarixində qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər Günü” kimi qeyd olunur. Konvensiya Xəzəryanı dövlətlər arasında təbiəti mühafizə şərtlərinin əks olunduğu ilk hüquqi sazişdir.
Qeyd edək ki, “Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”- ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil olmaq kifayətdir.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
-
9 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
9 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
9 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















