“PAŞA Bank İstedad Akademiyası” çərçivəsində “Analytics Zone” layihəsinin bağlanış mərasimi keçirilib
(®) “PAŞA Bank İstedad Akademiyası” çərçivəsində həyata keçirilən “Analytics Zone” layihəsinin bağlanış mərasimi baş tutmuşdur.
Seçim mərhələlərindən uğurla keçən namizədlər 2 aylıq təlim sessiyalarında iştirak etmək hüququ qazanmışdılar. Bu müddət ərzində "PAŞA Bank" ekspertləri tərəfindən analitika sahəsində, həmçinin yumşaq bacarıqlar üzrə bir sıra mövzularda təlimlər keçirilmişdir.
Proqramın son mərhələsi olaraq, yekun imtahan və müsahibələrdən uğurla keçən iştirakçılar "PAŞA Bank"-da iş imkanı əldə ediblər. Digər iştirakçılar isə bankımızın namizəd bazasına əlavə olunmaqla yarana biləcək aktiv vakansiyalarımız üzrə dəyərləndiriləcəklər.
Sahə üzrə aidiyyəti şəxslərin də iştirak etdiyi səhər yeməyi formatında həyata keçirilən bağlanış mərasimində "PAŞA Bank" liderləri öz təcrübə və tövsiyələrini proqram iştirakçıları ilə paylaşıblar. Həmçinin, bağlanış mərasiminin bir hissəsi olaraq təlimçilər və iştirakçılar sonda sertifikatla təltif olunublar. Tədbirin sonunda iştirakçılara sual-cavab sessiyası təşkil olundu və iştirakçılar təlimlərlə bağlı öz fikirlərini bölüşdülər.
Qeyd edək ki, proqrama ümumi olaraq 1021 müraciət daxil olmuşdur. 161 nəfər test, 94 nəfər müsahibə mərhələsinə keçid etmiş və son olaraq 24 nəfər təlim sessiyalarında iştirak şansı qazanmışdır.
Bütün iştirakçıları təbrik edir və hər birinə uğurlar arzu edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























