Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
ABŞ-da dərc olunacaq NFP və İşsizlik Səviyyəsi xəbərləri ərəfəsində cümə günü səhər saatlarında dollar major valyutalar qarşısında ucuzlaşır. EURUSD valyuta cütlüyü ötən gün 1.0777 səviyyəsini test etmiş olsa da, bugün səhər 1.0797 səviyyəsinə qədər yüksəlib. USDJPY valyuta cütlüyündə isə eniş tendensiyası davam edir və məzənnə 149.340 səviyyəsində ticarət olunur. Dollar indeksi 0.12% zəifləyərək 104.29 bənd təşkil edib.
Bugün Amerikada iyul ayı üzrə işsizlik ilə bağlı statistika açıqlanacaq. Analitiklər ölkədə İşsizlik Səviyyəsinin iyun ayında olduğu kimi, 4.1% səviyyəsində qalacağını, Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) göstəricisinin isə iyun ayı ilə müqayisədə 206 mindən 175 minə qədər azaldığını proqnozlaşdırırlar.
Həftənin əvvəlindən bəri Yapon yeni dollar qarşısında nəzərəçarpacaq dərəcədə möhkəmlənib - 2.8%, bu da, aprel ayından bəri ən güclü həftəlik artım oldu. Çərşənbə günü Yaponiya Bankı uçot faiz dərəcəsini 0-0.1%-dən 0.25%-ə qədər qaldırdı və bu ilin əvvəlindən bəri ikinci artımdır. Xatırlamaq lazımdır ki, iyulun əvvəlində USDJPY cütlüyü 160.000 səviyyəsinin üzərində idi.
Avropanın əsas fond indeksləri davam edən hesabat mövsümü və İngiltərə Bankının dərc etdiyi qərarları fonunda cümə axşamı günü 1-2%-lik geriləmə ilə bağladı. Günün sonunda Britaniyanın “FTSE 100” indeksi 1.01% zəifləyərək 8283.36 bənd, Fransanın “CAC 40” indeksi 2.14% geriləyərək 7370.45 bənd, Almaniyanın “DAX” indeksi isə 2.3% azalaraq 18083 bənd təşkil edib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
16 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























