Rəqiblərin şikayətlərindən sonra Nvidia barəsində antiinhisar araşdırması başlayıb
ABŞ Ədliyyə Departamenti (DoJ), rəqiblərin süni intellektə güc verən çiplərin satışında bazardakı dominatlığından sui-istifadə edə biləcəyinə dair şikayətlərindən sonra Nvidia barəsində araşdırmaya başlayıb.
Marja.az xarici mətbuata istinadəb xəbər verir ki, DoJ müstəntiqləri Nvidia-nın bulud provayderlərinə çoxsaylı Nvidia məhsullarını almaq üçün təzyiq edib-etmədiyini araşdırır.
İstintaq həmçinin, müştəri Advanced Micro Devices və Intel kimi rəqiblərdən süni intellekt çiplərini almaq istəyərsə, Nvidia-nın şəbəkə qurğuları üçün daha yüksək qiymət tələb edib-etmədiyini araşdırır.
Süni intellekt çip bazarının təxminən 80%-i Nvidia-nın payına düşür.
Şirkət DOJ-nin məlumatı şərh etməyib, lakin tənzimləyicilərin tələb etdiyi hər hansı məlumatı təqdim edəcəyini bildirib.
"Biz onilliklər boyu investisiya və innovasiya əsasında rəqabət aparırıq, bütün qanunlara ciddi şəkildə riayət edirik", - Nvidia-nın sözçüsü Reuters-ə açıqlamasında bildirib.
DoJ Reuters-in şərh sorğusuna da dərhal cavab verməyib.
Məlumatda deyilir ki, müstəntiqlər daha ətraflı məlumat toplamaq üçün bir neçə Nvidia rəqibi ilə əlaqə saxlayıb.
ABŞ-da inhisarçılığa qarşı çıxan və texnoloji şirkətlərə dövlət nəzarətini tələb edən qruplar və demokrat senator Elizabeth Warren, rəqabətlə bağlı narahatlıqlar ilə əlaqədar olaraq Nvidia-nı araşdırmaq üçün DOJ-ə təzyiq edirdilər.
Nvidia səhmləri cümə günü Frankfurtda ABŞ hökumətinin rəqib çip istehsalçılarının şikayətlərindən sonra şirkətə qarşı antiinhisar araşdırması başlatması barədə yayılan xəbərlərdən sonra 2,3% ucuzlaşıb.
Nvidia səhmləri cümə axşamı Nyu-Yorkda 6,7% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























