Bakıxanov qəsəbəsində “McDonald’s”ın yeni restoranı açılıb - FOTO
Azərbaycanda 27-ci McDonald’s restoranı açıldı.(®) Bakıxanov qəsəbəsində “McDonald’s Azərbaycan” şirkətinin yeni, sayca 27-ci restoranının açılışı olub. Qida sənayesinin ən müasir tələblərinə cavab verən restoran Bakıxanov qəsəbəsi, Sülh küçəsi 105 ünvanında yerləşir.
Yeni restoranın özəlliklərindən biri də rahat atmosfer yaradan “Geometry” dizaynıdır. Burada qonaqlara tez və rahat xidmət göstərmək üçün interaktiv özünəxidmət köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (“Experience of the Future”) kimi innovativ texnologiyalar tətbiq olunur. Bütün digər restoranlarda olduğu kimi burada da masa arxasında sifarişinizi qəbul etməyə imkan verən “Table Service” xidməti təklif olunur ki, bu da qonaqlar üçün komfort səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Restoranda müxtəlif qəhvə içkiləri və desertlərin geniş seçimini təqdim edən “McCafe” kafesi mövcuddur. Bundan əlavə, yeni filialda Azərbaycanda ilk dəfə təqdim olunan rəqəmsal menyu ilə “MakAvto” xidməti mövcuddur ki, bu da sifariş verməyi və sifarişi maşından çıxmadan əldə etməyi daha da rahat edir.
Restoran 225 oturacaq tutumuna malikdir ki, onlardan 24-ü terrasda yerləşir. Uşaqların “McDonald’s”da daha yaddaqalan və əyləncəli vaxt keçirmələri üçün yaxın gələcəkdə burada oyun meydançasının açılması planlaşdırılır.
Qeyd edək ki, restoranın istifadəyə verilməsi ilə 100 yeni iş yeri açılıb ki, bu da yerli əmək bazarının inkişafına töhfə verir.
Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir. “McDonald’s Azərbaycan”ın iqtisadiyyatın tədarük və logistika, işəgötürmə kimi müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















