Apple şirkətinin gəliri və mənfəəti artıb
Aprel-iyun dövründə ABŞ-ın texnologiya nəhənglərindən Apple-ın gəlirləri artıb.Maliyyə təqvimində aprel-iyun dövrünü 3-cü rüb hesab edən ABŞ-ın Apple şirkəti balans hesabatını açıqlayıb.
Marja.az hesabata istinadən xəbər verir ki, şirkətin gəliri bu dövrdə illik müqayisədə 5 faiz artaraq 85,8 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 81,8 milyard dollar gəlir əldə etmişdi.
Apple-ın bu dövrdəki gəliri üçün bazar proqnozu 84,5 milyard dollar idi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 7,9 faiz artaraq 21,4 milyard dollara çatıb. Şirkət ötən ilin aprel-iyun dövründə 19,9 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı.
Şirkətin səhm üzrə mənfəəti bu müddət ərzində 1,26 dollardan 1,40 dollara yüksəlib. Bazarın proqnozu Apple-ın səhmbaşına mənfəətinin 1,35 dollar olacağı idi.
iPhone satışları azalıb, iPad və Mac satışları artıb
Bu dövrdə Apple-ın iPhone satışlarında azalma, Mac və iPad satışlarında isə artım müşahidə olunub. Aprel-iyun dövründə iPhone satışlarının məbləği illik 0,9 faiz azalaraq 39,3 milyard dollar olub. Bu azalmaya baxmayaraq, iPhone satışlarından əldə edilən gəlir bazarın proqnozundan yüksək olub.
Eyni dövrdə iPad satışları 23,7 faiz artaraq 7,2 milyard dollara, Mac satışları isə 2,5 faiz artaraq 7 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 d. əvvəl
- 45 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















