AZPROMO gəlirlərini və xərclərini açıqlayıb
2023-cü ildə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) gəlirləri 6,158 milyon manat, xərcləri isə 6,187 milyon manat təşkil edib.
Agentliyin maliyyə hesabatına görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 59,8 % və 2,4 dəfə çoxdur.
Bu il yanvarın 1-nə AZPROMO-nun aktivləri 1,213 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 45,4 % azdır. Hesabat dövründə Agentliyin öhdəlikləri 58,6 dəfə azalaraq 17 min manata, balans kapitalı (xalis aktivləri) isə 2,4 % azalaraq 1,196 milyon manata düşüb.
AZPROMO 2003-cü ildən fəaliyyət göstərən İxracın və İnvestisiyaların Təşviqi Fondunun bazasında 2021-ci ildə yaradılıb. Agentliyin missiyası Azərbaycanda qeyri-neft sektorunun inkişafı, istehsal olunan məhsulların xarici bazarlarda təşviqi ilə bağlı ölkə rəhbərinin qarşıya qoyduğu hədəflərə nail olmaq üçün xarici ölkələrdə müxtəlif beynəlxalq tədbirlər təşkil etmək, xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya yatırmaqda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” funksiyası əsasında xidmət göstərmək və dəstək verməkdir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























