Starbucks-ın qlobal satışları 3 faiz azalıb
İyunun 30-da başa çatan üç aylıq dövrü maliyyə təqvimində 3-cü rüb hesab edən qəhvəxana şəbəkəsi Starbucks, balans hesabatını açıqlayıb. Starbucks-ın qlobal satışları aprel-iyun dövründə 3 faiz azalıb.
Marja xəbər verir ki, Starbucks-ın ümumi xalis gəliri aprel-iyun dövründə 0,6 faiz azalaraq 9,11 milyard dollar olub. Şirkətin ümumi xalis gəliri ötən ilin eyni dövründə 9,16 milyard dollar təşkil etmişdi.
Bazar proqnozu bu dövrdə şirkətin xalis gəlirinin 9,24 milyard dollar olacağı idi.
Starbucks-ın keçən ilin aprel-iyun dövründə 99 sent olan səhmbaşına mənfəəti, bu ilin eyni dövründə 93 sentə enib.
Şirkətin Şimali Amerikadakı satışları 2 faiz, beynəlxalq satışları isə 7 faiz azalıb.
Starbucks, İsraili dəstəkləyən beynəlxalq şirkətlərə qarşı boykotdan mənfi təsir görüb
İsrailin Qəzzaya hücumları ilə əlaqədar olaraq etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri də Starbucks-dır. Baykotlar şirkətin maliyyə nəticələrinə son iki rübdə mənfi təsir göstərib.
Qəhvəxana şəbəkəsi, baykotların Yaxın Şərqdəki şöbələrində satışlara mənfi təsir göstərdiyi üçün keçən ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu aşağı salmışdır.
Yanvar-mart dövründə şirkətin gəlirləri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə düşmüşdür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















