"Şirkətin 14-15 faizlə borclanması onun riskli olması demək deyil"
Banklar 12-13% civarında dərəcələr ilə biznes kreditləri təklif etsələr də, bir sıra şirkətlər 14% – 15% və ya daha yuxarı faizlər ilə kapital bazarından borclanırlar. Belə bir proses həmin şirkətlərin riskli olması barədə fikirlərin meydana çıxmasına səbəb olub.
Marja.az-ın məlumatına görə, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Ceyhun Hacıyev bildirib ki, əgər bir şirkət 15% faiz ilə vəsait cəlb edirsə, bu, həmin şirkətin problemli və ya riskli olması demək deyil:
"Bəzi şirkətlərdə marja çox yüksəkdir, məsələn, 40-50%-dir. Belə yüksək marja həmin şirkətlərə 14-15 faizlə vəsait cəlb etməyə imkan verir".
Ceyhun Hacıyev, bankların illik 12%-lə biznes krediti təklifləri olduğu halda, bəzi şirkətlərin kapital bazarından borclanması məsələini belə izah edib:
"Ola bilsin ki, bankdan kredit cəlb etmək prosedur olaraq onlar üçün uzundur, qəliz gəlir. Həmçinin, bəzi şirkətlər istiqraz emissiya etməklə qiymətli kağızlar bazarından vəsait cəlb etmək təcrbəsi qazanırlar, özlərini sınayırlar. Bu, müsbət faktordr, azı şirkətlər bazara çıxırlar və prosesdən məlumatlı olarlar.
Həmçinin real olaraq şirkətin borc almasının qiymətini öyrənirlər. Çünki burada qiymət (borcun faizi - red) bir bankdan asılı deyil, bir neçə investordan asılı olaraq formalaşır. İlkin yerləşdirmə zamanı iqtiqrazlar üzrə sabit gəlirlilik faizi müəyyən olunur, lakin sonra təkrar bazarda faiz dəyişə, ola bilsin aşağı düşə bilər. Artıq bazar o şirkəti tanıyır, yaşı tarixçəsi ola, artıq şirkət növbəti yerləşdirmə zamanı daha aşağı faizlə istiqraz yerləşdirilməsinə çıxa bilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz






















